Cənubi Koreya prezidentinin ölkədən çıxışına qadağa qoyuldu - SƏBƏB

Cənubi Koreya prezidentinin ölkədən çıxışına qadağa qoyuldu - SƏBƏB

Cənubi Koreyanın Ədliyyə Nazirliyi prezident Yun Sok Yolun ölkədən çıxışını qadağan edib.

 

Sfera.az xəbər verir ki, Yun Sok Yola qarşı səyahət qadağası dekabrın 9-u saat 15:30-dan etibarən qüvvədədir.

 

Qeyd edək ki, ilk dəfədir ki, vəzifədə olan prezidentə belə qadağa qoyulur. Bundan əvvəl antikorrupsiya nəzarəti orqanının rəhbəri Cənubi Koreyanın yüksək rütbəli məmurları və Yun Sok Yol üçün səyahət qadağası ilə bağlı göstəriş verdiyini bildirmişdi.

 

Cənubi Koreya prezidentinin hərəkətləri şübhəli üsyanla bağlı araşdırılır. Ölkə qanunları vəzifədə olan prezidentin üsyan və vətənə xəyanət ittihamı ilə mühakimə olunmasına icazə verir.

 

Belə ki, dekabrın 3-ü axşam saatlarında Yun Sok Yol hərbi vəziyyət elan edib. Təxminən altı saat sonra hərbi vəziyyət ləğv edilib. Müxalifət dekabrın 4-də Milli Assambleyada impiçment proseduruna başlayıb və bildirib ki, prezident hərbi vəziyyət üçün əsas olmadığı üçün konstitusiyanı pozub.

 

Dekabrın 7-də Cənubi Koreya parlamenti prezidentin impiçmentinə səs verib. Hakim partiya səsverməni boykot etdiyi üçün impiçment elan edilməyib. Səsvermədən əvvəl Yun Sok Yol həmvətənlərindən üzr istəyib və dövlət işlərini, o cümlədən səlahiyyət müddəti məsələsini hakim partiyaya və hökumətə həvalə etdiyini bildirib.

 

Firuzə Əliyeva

Sfera.az


OXŞAR XƏBƏRLƏR