Azər Qasımlının işi: Deputatlığa keçmiş namizədlə 41 min dollarlıq mübahisə

Azər Qasımlının işi: Deputatlığa keçmiş namizədlə 41 min dollarlıq mübahisə

Bu gün Siyasi Menecment İnstitutunun direktoru, politoloq Azər Qasımlının saxlanılıb.

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, Azər Qasımlının saxlanılmasına səbəb barəsində polisə edilən müraciətdir.

 

Azər Qasımlıya Cinayət Məcəlləsinin 182.2.3-cü (hədə-qorxu ilə tələb etmə-zor tətbiq etməklə törədildikdə) maddəsi ilə ittiham elan olunub.

 

Vəkil Aqil Layıc öz Facebook səhifəsində Azər Qasımlının saxlanılması barədə yazıb:

 

"Azər Qasımlı alacağına görə iddia qaldırıb və xeyrinə məhkəmə qətnaməsi çıxmışdır ki, pul Azər Qasımlıya ödənilsin. İndi bu qətnamədə qeyd olunan cavabdeh iddia edir ki, Azər Qasımlı ona hədə gəlməklə, zor tətbiq etməklə pul tələb edib".

 

 

Görünüdüyü kimi, vəkil Azər Qasımlının Yusibov Qurbanəli Vidadi oğlu adlı vətəndaşın şikayəti əsasında saxlanıldığına işarə edir.

 

Bəs, həmin vətəndaş kimdir?

 

AzNews.az-ın açıq mənbələrdən əldə etdiyi məlumata görə, Qurbanəli Vidadi oğlu Yusibov 1987-ci ildə Mingəçevir şəhərində anadan olub.

 

O, 2004- cü ildə Mingəçevir şəhər 13 saylı orta məktəbi bitirib. 2004- 2008- ci illərdə Sumqayıt Dövlət Universitetində tarix fakültəsinin bakalavr, 2009- 2012- ci illərdə magistr pilləsində təhsil alıb.
 

2009-cu ildən onlayn media, xüsusilə sosial media sahəsində fəaliyyət göstərib.
 

2009-2012-ci illərdə Mingəçevir Turizm Kollecində tarix, politologiya, sosiologiya və fəlsəfə fənnlərindən dərs deyib.
 

Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.
 

2016-cı ildən "Blockchain" texnologiyası və onlayn yatırımlar, xüsusilə kriptovalyutalar haqda araşdırmalar aparır, seminarlar keçir və konsultasiyalar verir.

 

"ONMA Line Consulting" şirkətinin təsisçisi və direktorudur.

 

O, 2020-ci ildə 47 saylı Mingəçevir seçki dairəsindən MM üzvlüyünə namizəd olub.

 

 

Q.Yusibov 2020-сi ildəki parlament seçkilərində Azər Qasımlı, Toğrul Vəliyev, Mehman Hüseynov, Ruslan İzzətli, Səməd Rəhimli, Baba Məmmədli, Elsever Seyidlə birgə "Hərəkət" Seçki Blokunda təmsil olunub.

 

Q.Yusibovla əlaqə yaratmaq cəhdi baş tutmayıb.


OXŞAR XƏBƏRLƏR

Vətən müharibəsinin iştirakçısı arvadını öldürüb? - VİDEO

"Həyat yoldaşı 20 yaşlı qadını pəncərədən ataraq qətlə yetirib".   Sfera.az "Xəzər Xəbər"ə istinadla xəbər verir ki, bu iddiaları...

Yalnız bundan sonra Putinlə görüşə bilərəm - Zelenski

Moskva və Kiyev İstanbul razılaşmalarına uyğun olaraq hərbi əsirlərin və hərbçilərin cəsədlərinin mübadiləsindən sonra Rusiya və Ukrayna prezidentləri - Vladimi...

Rusiyadan Azərbaycana daha bir QADAĞA

İyulun 5-də Azərbaycandan Krasnodar şəhərindəki müvəqqəti saxlanc anbarına daxil olan, ümumi həcmi 18 ton olan təzə şaftalı və nektarin 2 partiyasında karantin ...

ABŞ rəsmisindən Əbu-Dabi görüşünə REAKSİYA

ABŞ Azərbaycan və Ermənistanın sülh istəklərini dəstəkləyir.   Sfera.az  xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibi Tem...

Atamın və qardaşlarımın başlarını kəsiblər... - Məhkəmədə ifadə verdilər

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlan...

İrəvandan Əliyev-Paşinyan görüşü barədə yeni AÇIQLAMA

Ermənistan Əbu-Dabi görüşünü uğurlu hesab edir və təsdiqləyir ki, bu, sülh prosesinin gələcəkdə həyata keçirilməsi üçün ciddi səbəb ola bilər.   Sfer...