Tramp: "Ukrayna Rusiya ilə saziş bağlamaq istəyir"
Dünya
15:45 / 08.12.2024
2702
ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Tramp Ukraynanın münaqişənin həlli üçün Rusiya ilə saziş bağlamaq istədiyini bildirib .
Sfera.az xəbər verir ki, bu barədə siyasətçi "Truth Social" sosial şəbəkəsində yazıb.
O, tərəfləri dərhal atəşkəs və sülh danışıqlarına başlamağa çağırıb.
"Zelenski və Ukrayna saziş bağlamaq və bu çılğınlığı dayandırmaq istəyirlər. Dərhal atəşi dayandırmaq və sülh danışıqlarına başlamaq lazımdır", - Tramp qeyd edib.