Dəfn mərasimlərinin təşkilatçısı olmaq istəyirmiş
Dünya
14:50 / 08.12.2024
2419
Hollivud ulduzu Ancelina Coli illər əvvəl dəfn mərasimlərinin təşkilatçısı olmaq istədiyini bildirib.
Sfera.az xəbər verir ki, bu barədə aktrisa Cimmi Fallonun şousunda danşıb.
Ancelina filmlərdə çəkilməyə başlamazdan əvvəl dəfn biznesində karyera haqqında düşündüyünü etiraf edib. Bu fikir isə aktrisada babası öldükdən sonra yaranıb. Buna səbəb isə babası ilə vida mərasimi istədiyi kimi təşkil olunmaması olub:
“Babamın vəfatı yadımdadır. Dəfn elə olmamalı idi. Bu, həyatın bir bayramı olmalıdır. Heç vaxt ölümdən qorxmadığım üçün dəfn işini özüm üçün uyğun sahə hesab edirdim. Bunun mənim üçün böyük bir karyera yolu olacağını düşünürdüm".
Ancelina qeyd edib ki, kino karyerası axsayarsa, dəfn bürosu açmaq onun ağlındadır.