5,5 milyon nəfərin gözlədiyi xəbər - Bakıya gələn qonaq

5,5 milyon nəfərin gözlədiyi xəbər - Bakıya gələn qonaq

"Suriyada baş verənlərin fonunda Yaxın Şərqdə siyasi xəritənin dəyişə biləcəyi, yeni dövlətlərin, yaxud ən azı özünüidarəetmə çərçivəsində yeni muxtariyyətlərin ortaya çıxacağı görünür. Yaxın Şərqdə iştirakçı ölkələrin hər birinin dəstəklədiyi və maraqlarını onlar üzərindən həyata keçirdiyi yerli faktorlar var".

 

Sfera.az xəbər verir ki, bunu siyasi şərhçi Asif Nərimanlı qeyd edib.

 

O xatırladıb ki, sözügedən vəziyyətdə İraq və Suriyadakı türkmanlar (sayı 5,5 milyondan artıqdır) Yaxın Şərqin dəyişən xəritəsində Azərbaycan üçün əsas faktor ola bilər:

 

"Türk dünyasında ən çox bizə - Azərbaycana yaxınlığı ilə seçilən türkmanlar hələ 90-cı illərdə müstəqilliyin bərpasından sonra Bakı ilə daha sıx yaxınlaşmaq və müəyyən dəstək əldə etmək istəsə də, yeni qurulan və işğalla üzləşən Azərbaycan bunu edə bilmədi. Əvəzində Türkiyə daim türkmanlara dəstək verib. İndi Azərbaycan üçün türkmanları dəstəkləmək və Yaxın Şərqin siyasi xəritəsində iştirak etmək imkanı yaranıb. Bu kontekstdə İraqın Nümayəndələr Şurasının İnsan Hüquqları Komitəsinin sədri, Türkman Cəbhəsi Partiyasının sabiq lideri Ərşad Salehinin Bakıya səfəri xüsusilə əhəmiyyətlidir".

 

A.Nərimanlı bildirib ki, Salehi Bakıda "Parlamentarizm: ənənələr və perspektivlər" mövzusunda keçirilən konfransa İraq parlamentinin təmsilçisi kimi qatılsa da, verdiyi açıqlamalar türkmanların Azərbaycan üçün qapılarını açıq saxladıqlarını göstərir:

 

"Azərbaycan 90-cı illərdə edə bilmədiklərini indi edərsə, bu həm tarixi bağların bərpası, həm də Yaxın Şərq siyasətində aktiv iştirak faktorunun əldə edilməsi baxımından strateji qazanc olar. Tarixi Azərbaycan imperiyasının uzandığı coğrafiyaya və mədəni, din, dil, ənənə bağlarına nəzər saldıqda, bu gün Suriya və İraqın - Yaxın Şərqin Bakıdan çox da uzaqda olmadığı görünür".

 

Milli.Az


OXŞAR XƏBƏRLƏR

Ermənistanda deputatın oğlu saxlanıldı

Ermənistanda hüquq-mühafizə orqanlarının həyata keçirdiyi əməliyyat nəticəsində saxlanılan Daşnaksütyun partiyasının üzvləri İrəvan İstintaq İdarəsinə aparılıb....

Vətən müharibəsinin iştirakçısı arvadını öldürüb? - VİDEO

"Həyat yoldaşı 20 yaşlı qadını pəncərədən ataraq qətlə yetirib".   Sfera.az "Xəzər Xəbər"ə istinadla xəbər verir ki, bu iddiaları...

Yalnız bundan sonra Putinlə görüşə bilərəm - Zelenski

Moskva və Kiyev İstanbul razılaşmalarına uyğun olaraq hərbi əsirlərin və hərbçilərin cəsədlərinin mübadiləsindən sonra Rusiya və Ukrayna prezidentləri - Vladimi...

Rusiyadan Azərbaycana daha bir QADAĞA

İyulun 5-də Azərbaycandan Krasnodar şəhərindəki müvəqqəti saxlanc anbarına daxil olan, ümumi həcmi 18 ton olan təzə şaftalı və nektarin 2 partiyasında karantin ...

ABŞ rəsmisindən Əbu-Dabi görüşünə REAKSİYA

ABŞ Azərbaycan və Ermənistanın sülh istəklərini dəstəkləyir.   Sfera.az  xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibi Tem...

Atamın və qardaşlarımın başlarını kəsiblər... - Məhkəmədə ifadə verdilər

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlan...