Ukrayna savaşı üçün sülhün şərtləri AÇIQLANDI: “Yalnız bu hallarda…”

Ukrayna savaşı üçün sülhün şərtləri AÇIQLANDI: “Yalnız bu hallarda…”

“Kiyev NATO-ya daxil olmaq planlarından əl çəksə, ölkədəki Qərb hərbi bazalarını bağlasa və xarici qoşunların iştirakı ilə keçirilən hərbi təlimləri ləğv etsə, Ukraynadakı münaqişənin sülh yolu ilə həlli mümkündür”.  Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.

 

Maraqlıdır, sözügedən hallarda Rusiya-Ukrayna arasında sülh həqiqətən mümkün olacaqmı?

 

Bununla bağlı Sfera.az-a açıqlama verən politoloq Məhəmməd Əsədullazadə deyib ki, sülh üçün ilk növbədə Rusiya qoşunlarını Ukraynadan çıxarmalıdır:

 

“Bunu rəsmi Kiyev və Qərb də tələb edir. Sergey Lavrov isə Rusiya qoşunlarının Ukraynadan çıxarılmasını dilə gətirmədi. Görünür, Rusiya hazırkı status-kvo saxlanılmaqla,  tutduğu ərazilərdə qalmaqla sülh təklifini irəli sürür”.

 

Ekspert bildirdi ki, Rusiyanın bu təklifləri ilə danışıqlar prosesi mümkün deyil:

 

“Rusiya Donald Trampın Ağ Evə gəlməsi ilə radikal dəyişikliklər olacağından,  onlara qarşı ciddi tədbirlər görüləcəyindən narahatdır”.

 

Günay 
 


OXŞAR XƏBƏRLƏR