Üç azərbaycanlı "O səs Türkiyə"dən uzaqlaşdırıldı

Üç azərbaycanlı
"O səs Türkiyə” yarışmasında çıxışları ilə hər kəsi özünə heyran edən Zülfi Əsədov, İlham Nəzərov, Müşfiq Əliyev mübarizəni dayandırıblar. 

Sfera.az-ın məlumatına görə, bu barədə əməkdar artist Aybəniz Haşımova bildirib. 

"Dəyərli jurnalistlər və tamaşaçılarımız, sizi nə qədər çox sevdiyimi bilirsiniz.  Kiçik bir iradımı qəbul edin. Son vaxtlar mətbuatımızda "O səs Türkiyə" yarışması ilə bağlı o qədər tənqidi fikirlər yazıldı ki,  nəticəsi xoş olmadı. Həmin müsabiqədən dəyərli səs sahibləri Zülfi Əsədov, İlham Nəzərov, Müşfiq Əliyev və digər istedadlı iştirakçılar uzaqlaşdırıldı. Halbuki, münsiflər yalvararaq onları komandalarında görmək istədiklərini bildirmişdilər. Düşünürəm ki, onlar siz yazdığınız haqlı iradların əvəzini istedadlı gənclərdən çıxdılar. Canları sağ olsun. Təki, Türkiyə yaşasın, başı bəla görməsin. Təki, dərd yarışma dərdi olsun. Türkiyə, nə olursa olsun, Azərbaycan sizinlədir”, - deyə ifaçı qeyd edib.

Qeyd edək ki, yarışmaçıların növbəti mərhələdə uduzması və ya hansı səbəbdən çıxarılması bəlli deyil. 






OXŞAR XƏBƏRLƏR

AZAL təyyarəsinin vurulması ilə bağlı - YENİ DETALLAR

Bir neçə gün öncə ötən il dekabrın 25-də AZAL-a məxsus “Embraer E190” təyyarəsinin Qroznı səmasında vurulma əmrinin Rusiya Müdafiə Nazirliyi tərəfin...

“Kurtlar Vadisi Pusu”nun aktyoru vəfat etdi

Türkiyənin məşhur “Kurtlar Vadisi Pusu” serialında “Cevat Akarsu” obrazı ilə tanınan aktyor Şekip Taşpınar dünyasını dəyişib.   ...

Azərbaycanda ipoteka predmetinin satışı qaydası dəyişir

Azərbaycanda tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üs...

Daha bir azərbaycanlı ailə Rusiyadan deportasiya edildi

Rusiyanın Sankt-Peterburq şəhərində polis Nevski rayonunda yeniyetmələr arasında baş vermiş münaqişənin daha bir iştirakçısını - 15 yaşlı Azərbaycan vətəndaşını...

Leyla Əliyevanın doğum günüdür

Heydər Əliyev Fondunun vitse-prezidenti, "Xocalıya Ədalət" kampaniyasının təşəbbüskarı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməraml...

Prezident Mirziyoyevlə görüşündən paylaşım etdi - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkə hesabında ölkəmizdə dövlət səfərində olan Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşü ilə bağlı paylaşım e...