Tramp Notr-Dam kilsəsinin açılışında iştirak etmək üçün Parisə getdi

Tramp Notr-Dam kilsəsinin açılışında iştirak etmək üçün Parisə getdi

ABŞ-nin seçilmiş Prezidenti Donald Tramp bərpa edilmiş Notr-Dam kilsəsinin açılış mərasimində iştirak etmək üçün Parisə gedib.

 

Sfera.az xəbər verir ki, bu barədə TASS AFP-yə istinadən məlumat yayıb.

 

Qeyd olunub ki, bu, Trampın ABŞ prezidenti seçildikdən sonra ilk xarici səfəridir.

 

Kilsənin açılış mərasimindən əvvəl Trampı Yelisey sarayında Fransa Prezidenti Emmanuel Makron qəbul edəcək.

 

2019-cu ildə baş verən yanğından sonra bərpa edilmiş Paris Müqəddəs Məryəm Kilsəsinin geniş açılış mərasimi təxminən 40 dövlət və hökumət başçısının iştirakı ilə keçiriləcək.


OXŞAR XƏBƏRLƏR