ABŞ-dən Ermənistan ordusuna növbəti DƏSTƏK: “Region üçün təhdiddir” - AÇIQLAMA

ABŞ-dən Ermənistan ordusuna növbəti DƏSTƏK: “Region üçün təhdiddir” - AÇIQLAMA

Ermənistan və ABŞ-nin müdafiə nazirləri Suren Papikyan və Lloyd Ostin Pentaqonda keçirilən görüşdə əməkdaşlığın prioritet istiqamətlərini müzakirə ediblər. Məlumata görə, Papikyan Ermənistanın regionda uzunmüddətli sülh əldə etmək istəyini təsdiqləyib, öz növbəsində Ostin ABŞ-nin bu səyləri dəstəklədiyini bildirib. Ostin, həmçinin ABŞ-nin Ermənistan Silahlı Qüvvələrinin islahatlarına dəstəyi davam etdirməyə hazır olduğunu da bildirib. Görüşdə beynəlxalq və regional təhlükəsizliklə bağlı məsələlər də müzakirə edilib.

 

Sözügedən görüşdə diqqət çəkən məqamlar nələrdir?

 

Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Kənan Novruzov deyib ki, burada bir neçə diqqət çəkən məqam var. Onlardan biri Papikyanın Ermənistanın regionda uzunmüddətli sülh əldə etmək istəyini təsdiqləməsidir:

 

“Bu, müsbət haldır. Ancaq İrəvanın səmimiliyi sual altındadır. Ermənistan, həqiqətən, sülh istəyirsə, niyə Azərbaycanın haqlı tələbinə müvafiq olaraq ərazi iddialarından imtina etmir, konstitusiya dəyişikliyinə getmir? Axı İrəvan başa düşür ki, bu olmadıqca sülh sazişi imzalanmayacaq. Deməli, sülhlə bağlı səslənən bəyanatlar sadəcə manipulyasiya məqsədlidir. Digər məqam, Ostin sülh səylərini dəstəklədiyini bildirib. Əslində bu da müsbət qiymətləndirilməlidir. Amma Vaşinqton, həqiqətən, sülh səylərini dəstəkləyir və regionda sabitlik istəyirsə, onda niyə ATƏT-in keçmiş Minsk Qrupunun üzvü kimi 30 il ərzində Qarabağ probleminin həlli üçün heç bir əməli addım atmayıb? Nə üçün zaman- zaman Azərbaycanın ərazi bütövlüyünü səsləndirilən bəyanatlar verilir, Ermənistan silahlandırılır və növbəti gərginliyə rəvac verilir? Bu məqamlar ABŞ-nin bölgədə, həqiqətən, sülh istədiyi ilə bağlı bəyanatlarını şübhə altına salır”.

 

Müsahibimiz qeyd edib ki, iki ölkə arasında əməkdaşlığın genişlənməyə davam etməsi istiqamətində səsləndirilən fikirlər də diqqət çəkən məqamlardan biridir:

 

 “Yəni Vaşinqton gələcəkdə də İrəvanı silahlandıracaq və hazırkı mövqeyini davam etdirəcək. Həmçinin bildirilib ki, ABŞ Ermənistan ordusunda islahatları davam etdirəcək. Bu o deməkdir ki, ABŞ hərbi və müdafiə sahəsində də Ermənistanı Rusiyanın təsirindən çıxarmağa davam etmək niyyətindədir. Bu yolla Qərb Ermənistanla Rusiyanı üz- üzə qoymaq və mümkün olarsa, Rusiyaya qarşı ikinci cəbhə açmaq istəyir”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

Azad edilmiş daha 8 rayona şəxsi maşınla GETMƏK OLACAQ

Vətəndaşların işğaldan azad edilmiş ərazilərə fərdi avtomobillərlə səfərlərinin istiqamətləri genişləndirilir.   Sfera.az xəbər verir ki, bu bar...

Ərdoğan, Tramp, Salman və Şara görüş keçirdi

ABŞ Prezidenti Donald Tramp Suriya administrasiyasının yeni rəhbəri Əhməd əş-Şara ilə görüşüb.   Sfera.az xəbər verir ki, bu barədə “Əl Ər...

Tramp suriyalıları sevindirdi - Sanksiya qərarı coşqu ilə qarşılandı - FOTO -VİDEO

Suriyada küçələr və meydanlar ABŞ Prezidenti Donald Trampın sanksiyaları ləğv etmə qərarından sonra bayram əhval-ruhiyyəsi ilə dolub-daşdı.   Sfera.a...

Günahsız olduğu bilindi - 38 ildən sonra azadlığa buraxıldı - FOTO

1987-ci ildə törədilən qətldə təqsirləndirilərək 38 il həbsdə saxlanılan Böyük Britaniya vətəndaşı 68 yaşlı Piter Sallivanın cinayət hökmü yeni genetik sübutlar...

DİN əməliyyat keçirdi: Saxlanılan var – VİDEO

Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması məqsədilə...

Bu şəxslərə pulsuz ev veriləcək

Prezident İlham Əliyev "Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən ...