Azərbaycana xaricdən uçuşların sayı 18 % artıb

Azərbaycana xaricdən uçuşların sayı 18 % artıb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycana 41 ölkədən 24 498 aviareys təşkil olunub.

 

Sfera.az Dövlət Turizm Agentliyinin hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6 ölkə (17,1 %) və 3 771 aviareys (18,2 %) çoxdur.

 

Hesabat dövründə Azərbaycana ən çox Rusiyadan uçuş həyata keçirilib - 7 157 reys. Bu da 1 il əvvələ nisbətən 11,7 % çoxdur.

 

Rusiyadan sonra ən çox Azərbaycana Türkiyədən aviareys təşkil olunub. Bu ölkədən 5 365 uçuş olub ki, bu da illik müqayisədə 3,7 % çoxdur. İlk üçlüyə Birləşmiş Ərəb Əmirlikləri 942 reyslə (+35,5 %) daxil olub.

 

TOP-10-luğa həmçinin Gürcüstan 846 reyslə (+ 23,3 %), Qazaxıstan 808 (+ 8,3 %), Səudiyyə Ərəbistanı 759 (- 11,1 %) , Hindistan 602 (+2,6 dəfə), Qətər 533 (+ 59,3 %), Özbəkistan 391 (- 28,7 %) və Küveyt 376 reyslə (+ 8,6 %) daxildir.

 

İndiyə qədər ilk 10-luqda olan İsrail (334 aviareys, +14,7 %12-ci yerə düşüb, onun yerinə siyahıya Hindistan daxil olub.

 

Təkcə noyabrda isə Azərbaycana həyata keçirilən aviareyslərin sayı 1 il əvvələ nisbətən 6,2 % artaraq 052 vahid təşkil edib. O cümlədən, ötən ay Rusiyadan 543 uçuş olub ki, bu da illik müqayisədə 7,9 % azdır.


OXŞAR XƏBƏRLƏR

Azərbaycanlı aktrisadan cəsarətli paylaşım – FOTOLAR

Türkiyədə yaşayan tanınmış aktrisa Nəsrin Cavadzadə yenə də diqqətləri üzərinə çəkməyi bacarıb. Aktrisa bu dəfə başdan-ayağa transparan libas seçimi ilə gündəmə...

Rusiya-Ukrayna müharibəsində dönüş olacaq?: "Zaman bu ölkənin xeyrinə işləyir"

Ukrayna və Rusiya prezidentlərinin danışıqlara başlanılması ilə bağlı verdiyi açıqlamalar münaqişənin həllində dönüş olacağına dair ümidlər yaradıb. Bəzi mülahi...

Hindistanda 32 hava limanı yeni işlək hala gəldi

Hindistan hakimiyyəti Hindistan-Pakistan sərhədində artan gərginlik fonunda əvvəllər bağlanmış 32 hava limanının fəaliyyətini bərpa etmək qərarına gəlib. &nb...

Müğənni Nigar “Vətən Müharibəsi iştirakçısı” medalını necə alıb? - FOTO

Müğənni Nigar Rəhimova "Vətən Müharibəsi iştirakçısı" medalı ilə təltif edilib.   Sfera.az xəbər verir ki, bu barədə Nigar Rəhimova öz...

ABŞ və Çin 90 günlük razılığa gəldi

ABŞ və Çin 90 gün müddətinə ticarət rüsumlarını qarşılıqlı azaltmaq barədə razılığa gəliblər.   Sfera.az xəbər verir ki, ABŞ Maliyyə Naziri Scott Bes...

Gəncədə yaşayış binasında PARTLAYIŞ: Ölən və xəsarət alan var

Gəncədə yaşayış binasında partlayış olub.   Sfera.az xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.   Belə ki, sözügedən ərazi...