İstanbulda yağan güclü qar Bakıdan aviareyslərin həyata keçirilməsinə təsir edib? - YENİLƏNİB
19:11
İstanbulda yağan güclü qar Bakı ilə İstanbul arasında aviareyslərin həyata keçirilməsinə təsir etməyib. Milli.Az xəbər verir ki, bu barədə Trend-ə Heydər Əliyev Beynəlxalq Hava Limanından bildiriblər.
Aeroportdan qeyd ediblər ki, bu gün Bakı-İstanbul marşrutu üzrə aviareyslər yola salınıb: "Bu gün həmin istiqamətdə və əksinə reyslərin təxirə salınması gözlənilmir".
"Türk Hava Yolları" İstanbul aeroportlarında yanvarın 8-nə nəzərdə tutulan 471 reysi təxirə salıb.
---------
13:19
Türkiyə və Azərbaycan arasında həyata keçiriləcək uçuşlar təxirə salınıb.
APA-nın Türkiyə Hava Yollarının (THY) rəsmi səhifəsinə istinadən verdiyi xəbərə görə, uçuşların təxirə salınmasına səbəb qarlı hava şəraitidir.
İstanbul Atatürk Hava Limanından Heydər Əliyev adına Beynəlxalq Hava Limanı və əks istiqamətdə 8-9 yanvar tarixlərində həyata keçirilməsi nəzərdə tutulan 5 uçuş təxirə salınıb.
Qeyd edək ki, kəskin hava şəraiti ilə əlaqədar THY ümumilikdə 471 uçuşunu müvəqqəti dayandırıb.
----------
12:02
"Türk Hava Yolları" İstanbul aeroportlarında yanvarın 8-nə nəzərdə tutulan 471 reysi təxirə salıb.
Sfera.az Trend-ə istinadən bildirir ki, reyslər əlverişsiz hava şəraiti səbəbindən təxirə salınıb.
Qeyd edək ki, Türkiyə Meteoroloji Xidməti ölkənin qərbində hava şəraitinin kəskin pisləşməsi və güclü qar yağması barədə xəbərdarlıq etmişdi.