Zirədəki Ekoparkda Qərbi Azərbaycan parkı yaradılacaq

Zirədəki Ekoparkda Qərbi Azərbaycan parkı yaradılacaq

Zirədəki Ekoparkda Qərbi Azərbaycan parkının salınması planlaşdırılır.

 

Sfera.az xəbər verir ki, bunu Qərbi Azərbaycan İcması (QAİ) İdarə Heyətinin sədri Əziz Ələkbərli jurnalistlərə açıqlamasında deyib.

 

Onun sözlərinə görə, “Qayıdış hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin edilməsi” mövzusunda II beynəlxalq konfransın ikinci günündə keçirilən ağacəkmə aksiyasında hər bir qonağın adına ağac əkilib:

 

"Bu ənənə növbəti illərdə də davam etdiriləcək. Bu ərazidə böyük bir Qərbi Azərbaycan parkı yaradılacaq".

 

O deyib ki, konfrasın ilk günündə baş tutan panel sessiyada qonaqlara Qərbi Azərbaycan həqiqətləri ilə bağlı məlumatlar verilib:

 

"Bugünkü tədbir isə Qərbi Azərbaycanın irsi ilə bağlıdır. Qərbi Azərbaycanda bizim soydaşlarımız zəngin, mədəni irs qoyublar. Bu irsi emənilər ən müxtəlif formada saxtalaşdırıb. Bununla bağlı sərgi nümayişdirilib. Musiqimiz, mətbəximiz, mədəniyyətimiz bu gün təqdim ediləcək. Məqsədimiz odur ki, qonaqlar bu dinləmələrlə kifayətlənməsinlər və bilsinlər ki, bu ərazilərdə mədəni irsimizə qarşı vəhşilik törədilib".


OXŞAR XƏBƏRLƏR

İtaliyada 6 avroya 6 ev aldı: Nə etməyi planlaşdırır? - FOTOLAR

ABŞ-ın San-Fransisko şəhərindən olan 51 yaşlı planlaşdırma üzrə məsləhətçi Rubiya Daniels İtaliyanın mənzərəli Mussomeli şəhərində altı tərk edilmiş evin hər bi...

Qədim sivilizasiyaların sirləri: Əsrarəngiz Himalay qüllələrini kim və nə üçün tikib?

Çinin cənub-qərbindəki təcrid olunmuş dağlıq ərazilərdə daş qüllələr əsrlər boyu dayanıb, qeyri-adi dizaynı və naməlum mənşəyi ilə alimləri çaşdırır. Hündürlüyü...

Pərviz İbadullayevə SOCAR-da yüksək VƏZİFƏ VERİLDİ

Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) yeni təyinat olub.   Sfera.az-ın məlumatına görə, Pərviz Ramiz oğlu İbadullayev 2025-ci il mayın 2-dən etiba...

"Avroviziya" təmsilçilərimizin səhnə şousu belə olacaq -VİDEO

Xəbər verdiyimiz kimi, "Avroviziya 2025"də ölkəmizi təmsil edəcək "Mamagama" qrupu yarışmanın keçiriləcəyi məkanda növbəti məşqini...

Prezident Qələbə Günü ilə bağlı paylaşım etdi- FOTO

Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkə hesablarında 9 May – Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib.   Sfera.az paylaş...

Azərbaycanda Qələbə Günü qeyd olunur

Bu gün alman faşizmi üzərində tarixi qələbədən 80 il keçir.   Sfera.az xəbər verir ki, faşizm üzərində qələbə Azərbaycanda da rəsmi dövlət bayramı ki...