Dünyada ərzaq qiymətlərində YENİ REKORD - Son 19 ayda ilk dəfə
Dünyada ərzaq qiymətləri yenidən yüksəlir. BMT-nin FAO təşkilatının məlumatına əsasən, qlobal ərzaq qiymətləri noyabrda aylıq müqayisədə 0,5 faiz artıb. İllik müqayisədə isə qiymətlər bir qədər də artaraq son 19 ayın pik nöqtəsinə çatıb.
Sfera.az xəbər verir ki, noyabrda ərzaq qiymətlərinə bitki yağı qiymətləri daha güclü təsir edib.
FAO bildirir ki, bitki yağı qiymətləri noyabrda aylıq müqayisədə 7,5 faiz artaraq ardıcıl ikinci aydır ki, kəskin bahalaşıb. Hazırda birki yağı qiymətləri bir il əvvəlki qiymətlərdən 32 faiz yüksəkdir.
Bitki yağlarının bahalaşmasına palma yağı qiymətlərindəki artım səbəb olub. Cənub-Şərqi Asiyada yağan güclü yağışlar səbəbindən hasilatın gözləniləndən aşağı olacağı ilə bağlı narahatlıqlar palma yağını bahalaşıdırıb.
Vasif
Sfera.az