Aİ Fransaya görə narahatdır: "Makronun şansı yoxdur"

Aİ Fransaya görə narahatdır: "Makronun şansı yoxdur"

Fransadakı siyasi qeyri-müəyyənlik Avropa İttifaqını narahat edir.

 

Sfera.az bildirir ki, bununla bağlı bir sıra iddialar səsləndirilir. Belə ki, ötən aylarda keçirilən seçkilərdən sonra uyğun bir Baş nazir tapıb təyin etmək üçün 51 gün sərf edən Makron bu dəfə çox daha sürətli təyinat etməyi hədəfləyir. 

 

Bəzi mənbələr Makronun Notr-Dam kilsəsində keçiriləcək mərasimdən əvvəl yeni Baş naziri təyin etmək istədiyini bildirir. Analitiklərin fikrincə, Fransa lideri tez bir zamanda yeni Baş naziri müəyyənləşdirsə də, ölkədəki siyasi böhrandan dərhal çıxmaq mümkün deyil. Buna səbəb isə yeni Baş nazirin sələfi Barnier ilə eyni problemləri yaşayacağıdır. “Makronun gələn yaya qədər parlamenti buraxmaq və ölkəni seçkilərə aparmaq şansı yoxdur”, - ekspertlər qeyd edir.

 

Almaniyanın erkən seçki əhval-ruhiyyəsi, ABŞ-də yeni Tramp dövrünün başlaması, Ukrayna müharibəsinin gedişatının qeyri-müəyyənliyi, indi isə Fransadakı siyasi böhran Aİ-ni dərindən düşünməyə vadar edir. Bildirilir ki, təşkilatın ən güclü iki üzvü olan Almaniya və Fransada hər hansı “nasazlıq” Aİ-yə çox sürətli təsir göstərə bilər.

 

Günay 
 


OXŞAR XƏBƏRLƏR

Azərbaycanlı aktrisadan cəsarətli paylaşım – FOTOLAR

Türkiyədə yaşayan tanınmış aktrisa Nəsrin Cavadzadə yenə də diqqətləri üzərinə çəkməyi bacarıb. Aktrisa bu dəfə başdan-ayağa transparan libas seçimi ilə gündəmə...

Rusiya-Ukrayna müharibəsində dönüş olacaq?: "Zaman bu ölkənin xeyrinə işləyir"

Ukrayna və Rusiya prezidentlərinin danışıqlara başlanılması ilə bağlı verdiyi açıqlamalar münaqişənin həllində dönüş olacağına dair ümidlər yaradıb. Bəzi mülahi...

Hindistanda 32 hava limanı yeni işlək hala gəldi

Hindistan hakimiyyəti Hindistan-Pakistan sərhədində artan gərginlik fonunda əvvəllər bağlanmış 32 hava limanının fəaliyyətini bərpa etmək qərarına gəlib. &nb...

Müğənni Nigar “Vətən Müharibəsi iştirakçısı” medalını necə alıb? - FOTO

Müğənni Nigar Rəhimova "Vətən Müharibəsi iştirakçısı" medalı ilə təltif edilib.   Sfera.az xəbər verir ki, bu barədə Nigar Rəhimova öz...

ABŞ və Çin 90 günlük razılığa gəldi

ABŞ və Çin 90 gün müddətinə ticarət rüsumlarını qarşılıqlı azaltmaq barədə razılığa gəliblər.   Sfera.az xəbər verir ki, ABŞ Maliyyə Naziri Scott Bes...

Gəncədə yaşayış binasında PARTLAYIŞ: Ölən və xəsarət alan var

Gəncədə yaşayış binasında partlayış olub.   Sfera.az xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.   Belə ki, sözügedən ərazi...