Ayaqqabı ayağınızı sıxırsa...

Ayaqqabı ayağınızı sıxırsa...

Aldığınız ayaqqabı ayağınızı sıxırsa, qanınız qaralmasın, çıxış yolları var.
Ayaqqabı ayağı sıxdıqda bu o demək deyil ki, ayaq ölçünüzdən kiçik ayaqqabı almısınız. Bəzi ayaqqabılar həqiqətən də istifadə edildikcə genişlənir və ayaq formasını alır. Təbii ki, bu prosesin aradan qalxmasını gözləmək ayaqda döyənəklərə gətirib çıxara bilər.

Sfera.az publika.az-a istinadən bir sıra praktik üsulu təqdim edir:

1. Qəzet vərəqlərini sirkə ilə isladıb ayaqqabının içinə qoyun. Bir gün gözlədikdən sonra ayaqqabı qismən yumşaq olacaq və geyildiyində ayağı sıxmayacaq.
2. Ayaqqabınız burnu açıq modeldirsə, onda həmin ayaqqabının burnunu sirkə ilə isladıb sonra burun nahiyəsinə yaş dəsmalı yaxşıca yerləşdirib bir gün gözləyin.
3. Spirti süngər və ya dəsmal ilə ayaqqabınızın içinə sürtün. Quruyana qədər gözləyin.
4. İsti havada ayaqqabını genişlətmək üçün ayaqqabını geyinmədən öncə saç feni ilə ayağı bir qədər havalandırın.
5. Ayaqqabını evdə olarkən qalın corabla geyinin. Bu şəkildə evdə gəzərkən ayaqqabılarınız genişlənəcək.
6. Ağızı bağlanan paket alınır və yarısına qədər su ilə doldurulur. Paketin axıtmadığından əmin olduqdan sonra ayaqqabının içinə bu paketlər yerləşdirilir, ayaqqabının harası dar gəlirsə, oraya yerləşdirməniz məsləhətdir. Sonra ayaqqabılarınızı içindəki paketlərlə dondurucuya qoyun. Suyun buz olmasını gözləyin. Ayaqqabının içindəki su buz olarkən genişlənəcək və beləcə ayaqqabınız da genişlənəcək. Daha sonra ayaqqabıları dondurucudan çıxardın və evin içində bir az geyinin. Amma bu halda ayaqqabıları geyinməzdən əvvəl corab geyinin, buzluqdan çıxdıqları üçün soyuq olacaq.
7. Ayaqqabı satan mağazalarda tapa biləcəyiniz genişləndirici spreyləri şüşənin arxasındakı təlimatlara görə istifadə edə bilərsiniz.
Həmçinin ayaqqabı seçimində bir sıra detallara fikir vermək məsləhətdir.
- Sağ və sol ayağın ölçüsündə fərq olur. Odur ki, nisbətən böyük ölçüyə malik olan ayağın ölçüsündə ayaqqabı seçin.
- Ayaqqabı almaq üçün ən uyğun vaxt axşamdır. Çünki səhərlər ayaqlar rahat olduğundan yarım ölçü qədər də olsa sizi yanılda bilər. Amma axşam ayaqqabı alsanız, bu sizin üçün ən uyğunu olacaq. Çünki günün yorğunluğu nəticəsində bir qədər ayaqlar səhərki ölçüsünə nisbətən şişdiyindən, öz ölçünüzü seçməkdə sizi yanıltmayacaq.
- Sadalanan üsullarla ayaqqabının genişlədilməsinə nail ola bilmədinizsə, bunu hər hansı ayaqqabı təmirçisində də həll edə bilərsiniz. Ayyaqqabının ön tərəfdən sıxmaması üçün müəyyən bir proseslə (qəlib yerləşdirməklə) həmin ayaqqabını yarım ölçü böyütmək mümkündür.


OXŞAR XƏBƏRLƏR

Bloqqerlərə özlərini ərəb şahzadəsi kimi göstərməklə satış etmək qadağan edilib

Çində məhsulları tanıtmaq üçün özünü "Yaxın Şərq şahzadələri" kimi təqdim edən şəxslərin hesabları bloklanıb.   Sfera.az bildirir ki, sosial ...

Evini qəsdən partladıb: Niyə belə etdi?

Britaniyada məhkəmə bir evi dağıdan və yaxınlıqdakı tikililərə ciddi ziyan vuran partlayışın qəsdən törədildiyini müəyyən edib. Hadisə ötən ilin iyununda Böyük ...

3 dollara aldığı tablonun əsl qiymətini biləndə şoka düşdü - FOTOLAR

Ohayoda (ABŞ) Marisi Macy Goodwill (Marisa Meysi Qudvil) ikinci əl mallar mağazasında cəmi üç dollara aldığı rəsmin əslində nə qədər baha olduğunu biləndə gözlə...

Məşhur “Netflix” serial ulduzu 15 il həbs cəzasına məhkum edildi

“Netflix”də yayımlanan “Sex Education” serialının ulduzu, 24 yaşlı britaniyalı aktyor Alexander Westwood (Vestvud) 15,5 il müddətinə aza...

Valideynlə mübahisə zamanı halı pisləşən müəllim vəfat etdi

Bakıda müəllimlə valideyn arasında mübahisə ölümlə nəticələnib.   Sfera.az oxu.az-a istinadən xəbər verir ki, hadisə bir neçə gün öncə 25 nömrəl...

Paşinyandan sülh sazişi açıqlaması: "Biz hazırıq"

Ermənistan Azərbaycanla dəmir yolu əlaqəsi rejimini qarşılıqlı əsasda daha da sadələşdirməyə hazırdır. Sfera.az xəbər verir ki, bunu Ermənistanın baş naz...