ABB səhmdarları ilk dəfə elektron qaydada səs verəcəklər

ABB səhmdarları ilk dəfə elektron qaydada səs verəcəklər

13 dekabr 2024-cü ildə ABB-nin Səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək. Yığıncaqda ABB-nin nizamnamə kapitalının artırılması və Nizamnaməsinin yeni redaksiyada təsdiqlənməsi, həmçinin Bankın törəmə innovasiya şirkətinin yaradılması məsələlərinə baxılacaq.
 

Ölkəmizdə ilk dəfə olaraq ABB səhmdarları gündəlikdəki məsələlər üzrə elektron qaydada səs verəcəklər. Hər bir səhmdar 13 dekabr 2024-cü il tarixinədək şəxsi kabinetindəki “Səhmdarların Ümumi Yığıncağı” bölməsinə daxil olub elektron qaydada səsvermədə iştirak edə bilər. 

 

Milli Depozit Mərkəzi səhmdarların ümumi yığıncaqlarının məsafədən keçirilməsi və elektron səsvermə (E-vote) sistemini istifadəyə verdikdən sonra belə bir imkan yaranıb. 

 

Səhmdarların ümumi yığıncaqlarının təşkili çərçivəsində yığıncağın keçirilmə günü, yeri və gündəlikdəki materiallarla tanışlıq qaydası barədə məlumatlar MDM tərəfindən yaradılan İnvestor Portalında elektron formada yerləşdirilir. Səhmdarlar (//invp.e-mdm.gov.az/) şəxsi kabinetlərinə daxil olaraq ümumi yığıncağın gündəliyindəki məsələlərlə tanış olur, məsələlərə münasibət bildirirlər.

 

Bu yeni xidmət yığıncaqların məsafədən təşkilinə, bildirişlərin, gündəlikdəki məsələlərlə bağlı məlumatların səhmdarlara operativ və vaxtında çatdırılmasına imkan yaradır. İstənilən səbəbdən (məsafə, vaxt və fors-major hallar) iclasda fiziki iştirak edə bilməyən səhmdarlar bu platforma vasitəsilə səs verə bilirlər. Yeni xidmət kağız daşıyıcılarından istifadənin minimuma endirilməsi baxımından da faydalıdır. ABB bu xidmətdən istifadə edən ilk səhmdar cəmiyyətdir.

 

Qeyd edək ki, 13 dekabr 2024-cü ildə keçiriləcək toplantı ABB səhmlərinin kütləvi emissiyasından sonra Bankın səhmdarlarının ilk ümumi yığıncağıdır. Səhm emissiyasından sonra hazırda ABB-nin 35 mindən çox səhmdarı var.

 

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, //abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.
 


OXŞAR XƏBƏRLƏR

İtaliyada 6 avroya 6 ev aldı: Nə etməyi planlaşdırır? - FOTOLAR

ABŞ-ın San-Fransisko şəhərindən olan 51 yaşlı planlaşdırma üzrə məsləhətçi Rubiya Daniels İtaliyanın mənzərəli Mussomeli şəhərində altı tərk edilmiş evin hər bi...

Qədim sivilizasiyaların sirləri: Əsrarəngiz Himalay qüllələrini kim və nə üçün tikib?

Çinin cənub-qərbindəki təcrid olunmuş dağlıq ərazilərdə daş qüllələr əsrlər boyu dayanıb, qeyri-adi dizaynı və naməlum mənşəyi ilə alimləri çaşdırır. Hündürlüyü...

Pərviz İbadullayevə SOCAR-da yüksək VƏZİFƏ VERİLDİ

Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) yeni təyinat olub.   Sfera.az-ın məlumatına görə, Pərviz Ramiz oğlu İbadullayev 2025-ci il mayın 2-dən etiba...

"Avroviziya" təmsilçilərimizin səhnə şousu belə olacaq -VİDEO

Xəbər verdiyimiz kimi, "Avroviziya 2025"də ölkəmizi təmsil edəcək "Mamagama" qrupu yarışmanın keçiriləcəyi məkanda növbəti məşqini...

Prezident Qələbə Günü ilə bağlı paylaşım etdi- FOTO

Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkə hesablarında 9 May – Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib.   Sfera.az paylaş...

Azərbaycanda Qələbə Günü qeyd olunur

Bu gün alman faşizmi üzərində tarixi qələbədən 80 il keçir.   Sfera.az xəbər verir ki, faşizm üzərində qələbə Azərbaycanda da rəsmi dövlət bayramı ki...