Bu Qanuna da dəyişiklik edilir

Bu Qanuna da dəyişiklik edilir

Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaların təşkili və fəaliyyətinə dair müddəalar təkmilləşdirilir.

 

Sfera.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu məsələ Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Ailə Məcəlləsinə və “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Qanuna dəyişikliklərdə əksini tapıb.

 

Dəyişikliyə əsasən, komissiyalar müvafiq icra hakimiyyəti orqanları yanında həmin orqanlar tərəfindən 9-11 nəfərdən ibarət tərkibdə yaradılır.

 

Komissiyanın cari işlərini görmək və qərarlarının icrasına nəzarəti həyata keçirmək üçün yerli komissiyalarda məsul katib, uşaq və ailələrlə iş üzrə məsləhətçi - psixoloq, Naxçıvan Muxtar Respublikasının müvafiq icra hakimiyyəti orqanı və müvafiq icra hakimiyyəti orqanı yanındakı komissiyalarda isə məsul katib (katib) vəzifələri müəyyən edilir. Həmin vəzifələr ştat cədvəlində nəzərdə tutulmaqla ödənişli vəzifələrdir. Komissiyanın digər üzvləri ictimai əsaslarla fəaliyyət göstərirlər.

 

Azərbaycanın müvafiq icra hakimiyyəti orqanı yanındakı komissiyanın cari işlərinin görülməsi və qərarlarının icrasına nəzarətin həyata keçirilməsi müvafiq icra hakimiyyəti orqanında yaradılan “Katiblik” tərəfindən təmin edilir.

 

Katiblik aşağıdakı vəzifələri həyata keçirir:

 

1) yerli komissiyaların fəaliyyətini təhlil edir, təhlilin nəticələrinə uyğun olaraq, tövsiyələr hazırlayır və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı yanındakı komissiyaya təqdim edir;

 

2) komissiyaların məsul katiblərinə (katiblərinə) metodik yardım göstərir;

 

3) uşaq hüquqlarının pozulması, yerli komissiyaların fəaliyyəti və uşaq müəssisələrində keçirilən monitorinqlərlə bağlı daxil olmuş müraciətləri araşdırır və araşdırmanın nəticəsi barədə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı yanındakı komissiyaya məlumat verir;

 

4) uşaq hüquqlarının müdafiəsi ilə bağlı beynəlxalq təcrübəni öyrənir və onun tətbiqi ilə bağlı təkliflərini Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı yanındakı komissiyaya təqdim edir;

 

5) Azərbaycanın müvafiq icra hakimiyyəti orqanı yanındakı komissiyanın fəaliyyəti ilə bağlı ictimaiyyəti məlumatlandırır.

 

Təklif edilən dəyişikliklərə görə, komissiya üzvlərinin sayı işin həcmindən asılı olaraq, komissiyanın təşkil olunduğu müvafiq icra hakimiyyəti orqanları tərəfindən müəyyən edilir.

 

Komissiyanın tərkibinə əmək və əhalinin sosial müdafiəsi, hüquq - mühafizə orqanlarının, təhsil, səhiyyə, mədəniyyət, gənclər və idman sahələrində orqan va müəssisələrin nümayəndələri daxil edilirlər.

 

Komissiyanın tərkibinə, həmçinin digər orqan va müəssisələrin, bələdiyyələrin və qeyri-hökumət təşkilatlarının (ictimai birliklərin və fondların) nümayəndələri də daxil edilə bilərlər.

 

Bakı şəhərinin yerli komissiyaları müvafiq icra hakimiyyəti orqanı yanındakı komissiyaya, Naxçıvan Muxtar Respublikasının yerli komissiyaları Naxçıvan Muxtar Respublikasının müvafiq icra hakimiyyəti orqanı yanındakı komissiyaya ildə 4 dəfə (rüblük, altıaylıq, doqquzaylıq, illik) gördükləri işlər barəsində hesabat verirlər.

 

Müvafiq icra hakimiyyəti orqanı və Naxçıvan Muxtar Respublikasının müvafiq icra hakimiyyəti orqanı yanındakı komissiyalar, Bakı şəhərinin və Naxçıvan Muxtar Respublikasının yerli komissiyaları istisna olmaqla, bütün digər yerli komissiyalar ildə 4 dəfə (rüblük, altıaylıq, doqquzaylıq, illik) gördükləri işlər barəsində Katibliyə hesabat təqdim edirlər.

 

Katiblik hesabatları ümumiləşdirərək, müvafiq icra hakimiyyəti orqanı yanındakı komissiyaya təqdim edir.


OXŞAR XƏBƏRLƏR

Aksessuarlarının qiyməti 24 mindən çoxdur - FOTOLAR

Müğənni Safurə Əliyeva istirahət fotolarını izləyiciləri ilə bölüşüb.   Sfera.az xəbər verir ki, şəkillərdə ifaçının taxdığı qızılı aksessuarlar diqq...

Mikayıl Cabbarov: "Azərbaycan-BƏƏ sazişi strateji əlaqələrdə mühüm mərhələdir"

Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) rəsmi səfəri çərçivəsində bu ölkənin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanla keçirdiyi görüş ...

MN: İkitərəfli “Tərlan - 2025” PUA təlimi uğurla yekunlaşdı

Azərbaycan və Qazaxıstan hərbi qulluqçularının iştirakı ilə ölkəmizdə keçirilən Pilotsuz Uçuş Aparatları (PUA) sahəsində “Tərlan - 2025” birgə takti...

Bu xəstəliyə qarşı fövqəladə tədbirlər GÖRÜLDÜ

Türkiyədə heyvandarlıq sektoru təhlükə altındadır. Ölkədə ilk dəfə aşkarlanan SAT1 serotipi şap xəstəliyinə qarşı genişmiqyaslı mübarizə tədbirləri başlayıb. Kə...

Günay hekayəsi ilə türk münsifləri kövrəltdi

"Yetenek sizsiniz Türkiye"də daha bir azərbaycanlı iştirak edib.   Sfera.az xəbər verir ki, Günay Nuriyeva adlı gimnast təkcə istedadı ilə ...

Unibankın sahibkarlar üçün yay kampaniyası davam edir

Yayın ən məhsuldar günlərində yeni biznes planlarınızı reallaşdırmağın əsl vaxtıdır. Çünki “Unibank”ın sahibkarlar üçün başlatdığı “Yay kampan...