"Ermənistan özü də bilir ki, konstitusiyasını dəyişmədən..." - AÇIQLAMA

"Ermənistan özü də bilir ki, konstitusiyasını dəyişmədən..." - AÇIQLAMA

“Əldə olunan nailiyyətlər birbaşa ikitərəfli danışıqların Azərbaycanın ardıcıl olaraq mübarizə apardığı normallaşma prosesində irəliləməyin ən yaxşı və yeganə əlverişli yolu olduğunu əyani şəkildə göstərir”. Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ATƏT Nazirlər Şurasının 31-ci iclasındakı bəyanatında deyib. O bildirib ki, buna baxmayaraq normallaşma istiqamətində həll olunmamış problemlər də qalmaqdadır.

 

Sözügedən problemlər nədən ibarətdir?

 

Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Kənan Novruzov deyib ki, münasibətlərin normallaşmasında vasitəçilik iddiası ilə çıxış edən kifayət qədər tərəf var. 

 

Onun sözlərinə görə, fərqli Avropa dövlətləri, ABŞ və Rusiya, həmçinin Gürcüstan zaman- zaman bu məsələ ilə bağlı öz təkliflərini səsləndirirlər:

 

“Ancaq həmin oyunçuları düşündürən, sözsüz ki, daha çox öz maraqlarıdır. Odur ki, onlar vasitəçilik məsələsinə də müxtəlif konteksdən yanaşırlar. Azərbaycan vasitəçilik iddiasında olan tərəflərin imkanlarından öz xeyrinə istifadə etməlidir. Amma prosesi tamamilə onların öhdəsinə buraxmaq olmaz. Bu, perspektivdə fərqli aktorların sülh quruculuğu prosesinə xələl gətirməsi ilə nəticələnə bilər.  Ermənistan da bunu başa düşməli və üçüncü tərəflərə bel bağlamamalıdır - münasibətlərin normallaşmasında və sülh sazişi məsələsində səmimidirsə..”.

 

Müsahibimiz qeyd etdi ki, burada başqa bir məqam Ermənistanın Azərbaycana qarşı davam edən ərazi iddialarıdır:

 

“Bu, sülh sazişinə mane olan əsas məsələdir. Rəsmi Bakı qarşı tərəfdən haqlı olaraq ərazi iddialarından imtina etməsini və bunu konstitusiya səviyyəsində təsbit etməsini tələb edir. Çünki Ermənistan gələcəkdə konstitusiyaya istinad edərək yenidən revanşa cəhd edə bilər. Azərbaycan məhz bu ssenarinin qarşısını almağa çalışır. Rəsmi İrəvan isə qəribə ritorika ortaya qoyur: Konstitusiya dəyişikliyi barədə bir kəlmə də danışmadan, sülh sazişinin ən yaxın zamanda imzalanmasında maraqlı olduğunu bildirir. Hərçənd bunun mümkünsüz olduğunu özü də bilir. Bu isə Ermənistanın əslində qeyri-səmimi olduğunu və üçüncü güclərin təsiri ilə davrandığını  bir daha nümayiş etdirir.  Ermənistan Konstitusiyasına müvafiq formada dəyişiklik etmədikcə böyük ehtimalla sülh sazişi imzalanmayacaq. Bundan ən çox əziyyət çəkən isə rəsmi İrəvan özü olacaq”.

 

Günay Rəsulqızı
 


OXŞAR XƏBƏRLƏR

İtaliyada 6 avroya 6 ev aldı: Nə etməyi planlaşdırır? - FOTOLAR

ABŞ-ın San-Fransisko şəhərindən olan 51 yaşlı planlaşdırma üzrə məsləhətçi Rubiya Daniels İtaliyanın mənzərəli Mussomeli şəhərində altı tərk edilmiş evin hər bi...

Qədim sivilizasiyaların sirləri: Əsrarəngiz Himalay qüllələrini kim və nə üçün tikib?

Çinin cənub-qərbindəki təcrid olunmuş dağlıq ərazilərdə daş qüllələr əsrlər boyu dayanıb, qeyri-adi dizaynı və naməlum mənşəyi ilə alimləri çaşdırır. Hündürlüyü...

Pərviz İbadullayevə SOCAR-da yüksək VƏZİFƏ VERİLDİ

Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) yeni təyinat olub.   Sfera.az-ın məlumatına görə, Pərviz Ramiz oğlu İbadullayev 2025-ci il mayın 2-dən etiba...

"Avroviziya" təmsilçilərimizin səhnə şousu belə olacaq -VİDEO

Xəbər verdiyimiz kimi, "Avroviziya 2025"də ölkəmizi təmsil edəcək "Mamagama" qrupu yarışmanın keçiriləcəyi məkanda növbəti məşqini...

Prezident Qələbə Günü ilə bağlı paylaşım etdi- FOTO

Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkə hesablarında 9 May – Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib.   Sfera.az paylaş...

Azərbaycanda Qələbə Günü qeyd olunur

Bu gün alman faşizmi üzərində tarixi qələbədən 80 il keçir.   Sfera.az xəbər verir ki, faşizm üzərində qələbə Azərbaycanda da rəsmi dövlət bayramı ki...