Adı “Forbes”in milyarderlər siyahısına düşən “əfsanəvi” narkobaron həbsdən AZAD EDİLDİ

Adı “Forbes”in milyarderlər siyahısına düşən “əfsanəvi” narkobaron həbsdən AZAD EDİLDİ

“Forbes”in milyarderlər siyahısında yer alan “əfsanəvi” narkobaron 25 il barmaqlıqlar arxasında qaldıqdan sonra həbsdən azad edilib.

 

Sfera.az xəbər verir ki, bu barədə ABŞ Həbsxanalar Bürosu məlumat yayıb.

 

Belə ki, Kolumbiyanın "əfsanəvi" narkobaronlarından və Medelinin kokain kartelinin əsas operatorlarından biri olan Fabio Oçoa Vaskez 30 illik həbs cəzasının 25 ilini çəkdikdən sonra ABŞ-dəki federal həbsxanadan azad edilib və onun vətəninə deportasiya olunacağı gözlənilir.

 

Qeyd edək ki, 67 yaşlı Oçoa və onun böyük qardaşları 1970-ci illərin sonu və 1980-ci illərin əvvəllərində kokainin ABŞ-də yayılması nəticəsində böyük sərvət toplamışdılar və ABŞ səlahiyyətlilərinə görə, 1987-ci ildə onların adı “Forbes” jurnalının milyarderlər siyahısına da salınıb.

 

Mayamidə yaşayarkən Oçoa Pablo Eskobarın rəhbərlik etdiyi kokain kartelinin paylama mərkəzini idarə edib Oçoa ilk dəfə ABŞ-də 1986-cı ildə DEA məlumatçısı Barry Sealin qətlində iddia edilən iştirakına görə ittiham edilib. Onun hekayəsi Tom Kruzun baş rolunu oynadığı, 2017-ci ildə çəkilmiş Amerika istehsalı filmdə istifadə olunub.

 

1990-cı ildə Oçoa Kolumbiyada narkotik baronlarının ABŞ-yə ekstradisiya edilmədiyi hökumət proqramının bir hissəsi olaraq həbs edilib. Həmin vaxt o, ABŞ-nin Kolumbiyalı narkobaronların "Ən çox axtarılanlar" siyahısında idi. Sonra Oçoa yenidən həbs edilib və 2001-ci ildə onun və 40-dan çox adamın adının çəkildiyi Mayami ittihamı ilə əlaqədar olaraq ABŞ-yə ekstradisiya edilib. Digər müttəhimlərin əksəriyyəti hökumətlə əməkdaşlıq etdiyi üçün daha yüngül həbs cəzası alıblar. Onlardan yalnız Oçoa 30 il həbs cəzasına məhkum edilib.

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR

MİQ-də qiymətləndirmə bu meyarlarla aparılır

“Müəllimlərin İşə Qəbulu (MİQ) üzrə imtahanda namizədlər fənn, pedaqogika və fənnin tədrisi metodikası üzrə suallar əsasında qiymətləndirilirlər”. ...

"Namizədlər arasında gənclər çoxdur"- MÜTDA rəsmisi

“Üç gündür davam edən imtahan prosesi sabah və növbəti gün də keçiriləcək. 70 minə yaxın müraciətin daxil olması müəllimlik peşəsinə marağın artmasından x...

Bakının bəzi ərazilərində su kəsiləcək - Magistral Kəmər Yenilənir

Bakıda magistral su kəməri yenilənir.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) İri Şəhərlərin ...

“1001 Sevinc”də 1 manata 5 "iPhone 16 Pro Max" uduldu

Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru “Azərlotereya”  oyunçularını sevindirməyə davam edir.  Bu dəfə ...

"Sabit tarif aylıq 1 manatı aşmayacaq" - Nazir müavini

"Sabit tarifin tətbiqində məqsəd xidmətin keyfiyyətinin artırılması, xərclərin istehlakçılar arasında daha ədalətlə bölünməsi və bunun tariflərin artırılma...

Yeni cərimələr müəyyənləşdi

Qeyri-hökumət təşkilatı tərəfindən xidmətlərin göstərilməsi və işlərin görülməsi ilə bağlı qanunvericiliyin tələblərinin pozulmasına dair cərimələr müəyyənləşdi...