Bakıda restoranda bir ailənin 4 üzvü DÖYÜLDÜ: Saxlanılanlar var - ANBAAN VİDEO

Bakıda restoranda bir ailənin 4 üzvü DÖYÜLDÜ: Saxlanılanlar var - ANBAAN VİDEO

Sosial şəbəkələrdə paytaxt restoranlarının birində bir qrup şəxsin xuliqanlıq hərəkətləri törətmələrini, digər müştəriləri döymələrini əks etdirən görüntülər yayılıb.

 

Sfera.az xəbər verir ki, həmin görüntülərdə əks olunan hadisə oktyabrın 18-də Yasamal rayonunda restoran-pubların birində baş verib.

 

Yasamal RPİ-də Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə cinayət işi başlanıb. Əməli törədən şəxslər polis əməkdaşları tərəfindən saxlanılaraq həbs edilib. 

 

Məlumata görə, Cavad Muradov və tanışları Rüfət İsmayılov, Afiyəddin Əliyev, Kənan Gərayzadə və Rauf Gərayzadə restoranda insanların gözü qarşısında bir ailənin 4 üzvünü döyərək onlara müxtəlif dərəcəli bədən xəsarətləri yetiriblər. Cinayət qanunvericiliyinə uyğun olaraq təqsirləndirilən şəxs qismində cəlb edilərək C.Muradov, R.İsmayılov, A.Əliyev, K.Gərayzadə barəsində həbs, R.Gərayzadə haqqında isə digər qətimkan tədbiri seçilib.

 

Cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

 

Qeyd edək ki, C.Muradov və dostlarının daha əvvəl də xuliqanlıq hərəkətləri ilə bağlı mediada məlumatlar yer alıb.(Qafqazinfo)

 


OXŞAR XƏBƏRLƏR

İtaliyada 6 avroya 6 ev aldı: Nə etməyi planlaşdırır? - FOTOLAR

ABŞ-ın San-Fransisko şəhərindən olan 51 yaşlı planlaşdırma üzrə məsləhətçi Rubiya Daniels İtaliyanın mənzərəli Mussomeli şəhərində altı tərk edilmiş evin hər bi...

Qədim sivilizasiyaların sirləri: Əsrarəngiz Himalay qüllələrini kim və nə üçün tikib?

Çinin cənub-qərbindəki təcrid olunmuş dağlıq ərazilərdə daş qüllələr əsrlər boyu dayanıb, qeyri-adi dizaynı və naməlum mənşəyi ilə alimləri çaşdırır. Hündürlüyü...

Pərviz İbadullayevə SOCAR-da yüksək VƏZİFƏ VERİLDİ

Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) yeni təyinat olub.   Sfera.az-ın məlumatına görə, Pərviz Ramiz oğlu İbadullayev 2025-ci il mayın 2-dən etiba...

"Avroviziya" təmsilçilərimizin səhnə şousu belə olacaq -VİDEO

Xəbər verdiyimiz kimi, "Avroviziya 2025"də ölkəmizi təmsil edəcək "Mamagama" qrupu yarışmanın keçiriləcəyi məkanda növbəti məşqini...

Prezident Qələbə Günü ilə bağlı paylaşım etdi- FOTO

Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkə hesablarında 9 May – Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib.   Sfera.az paylaş...

Azərbaycanda Qələbə Günü qeyd olunur

Bu gün alman faşizmi üzərində tarixi qələbədən 80 il keçir.   Sfera.az xəbər verir ki, faşizm üzərində qələbə Azərbaycanda da rəsmi dövlət bayramı ki...