Azərbaycanın sürətlə böyüyən RAYONU - Əhalisi Sumqayıt və Gəncəni ÖTDÜ

Azərbaycanın sürətlə böyüyən RAYONU - Əhalisi Sumqayıt və Gəncəni ÖTDÜ

Azərbaycanda son illərdə əhalisinin sayı ən sürətlə artan yaşayış məntəqəsi Abşeron rayonudur.

 

Sfera.az xəbər verir ki, bu rayonun əhalisinin sayı 2015-2023-cü illər arasında iki dəfədən çox artaraq Sumqayıt və Gəncə şəhərlərini geridə qoyub.

 

2015-ci ildə Abşeron rayonunda 205 min insan qeydiyyatda olub, 2020-ci ilin sonunda 430 min nəfərə, 2023-cü ilin sonunda 433 min nəfərə çatıb.

 

Rayon əhalisinin sayının sürətlə artmasında inzibati mərkəz olan Xırdalan şəhərinin və qəsəbələrin böyüməsinin xüsusi rolu olub. 2023-cü ilin sonunda Xırdalan şəhərinin əhalisinin sayı 196 min nəfərə çatıb. İndi Xırdalan şəhəri əhali sayına görə Bakı, Sumqayıt və Gəncədən sonra Azərbaycanın dördüncü ən böyük şəhəridir.

 

Xırdalandan başqa, Saray qəsəbəsində (37,7 min nəfər), Mehdiabad qəsəbəsində (20,5 min nəfər), Qobu (17,5 min nəfər) və Hökməli (17,1 min nəfər) qəsəbələrində də əhali sayı çoxdur.

 

Rayon əhalisinin önəmli hissəsini gənclər təşkil edir. Əhalinin təxminən 43 faizi gənclərdən ibarətdir. Yaşı 35-ə qədər olanlar isə rayon əhalisinin 50 faizindən çoxunu təşkil edir. Əhalinin gənc olmasını pensiyaçıların sayındakı dəyişiklik də təsdiqləyir.

 

2015-ci ildə rayonda 11 572 nəfər yaşa görə pensiya alırdı. Amma 2023-cü ilin sonunda əhalinin sayının 2 dəfədən çox artmasına baxmayaraq, yaşa görə pensiya alanların sayı 10 358 nəfərə düşüb.

 

Vasif

Sfera.az

 

 


OXŞAR XƏBƏRLƏR

Aksessuarlarının qiyməti 24 mindən çoxdur - FOTOLAR

Müğənni Safurə Əliyeva istirahət fotolarını izləyiciləri ilə bölüşüb.   Sfera.az xəbər verir ki, şəkillərdə ifaçının taxdığı qızılı aksessuarlar diqq...

Mikayıl Cabbarov: "Azərbaycan-BƏƏ sazişi strateji əlaqələrdə mühüm mərhələdir"

Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) rəsmi səfəri çərçivəsində bu ölkənin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanla keçirdiyi görüş ...

MN: İkitərəfli “Tərlan - 2025” PUA təlimi uğurla yekunlaşdı

Azərbaycan və Qazaxıstan hərbi qulluqçularının iştirakı ilə ölkəmizdə keçirilən Pilotsuz Uçuş Aparatları (PUA) sahəsində “Tərlan - 2025” birgə takti...

Bu xəstəliyə qarşı fövqəladə tədbirlər GÖRÜLDÜ

Türkiyədə heyvandarlıq sektoru təhlükə altındadır. Ölkədə ilk dəfə aşkarlanan SAT1 serotipi şap xəstəliyinə qarşı genişmiqyaslı mübarizə tədbirləri başlayıb. Kə...

Günay hekayəsi ilə türk münsifləri kövrəltdi

"Yetenek sizsiniz Türkiye"də daha bir azərbaycanlı iştirak edib.   Sfera.az xəbər verir ki, Günay Nuriyeva adlı gimnast təkcə istedadı ilə ...

Unibankın sahibkarlar üçün yay kampaniyası davam edir

Yayın ən məhsuldar günlərində yeni biznes planlarınızı reallaşdırmağın əsl vaxtıdır. Çünki “Unibank”ın sahibkarlar üçün başlatdığı “Yay kampan...