"Ukrayna və Suriyada..." - Gerasimov-Braun danışıqlarının PƏRDƏARXASI

"Ukrayna və Suriyada..." - Gerasimov-Braun danışıqlarının PƏRDƏARXASI

Xəbər verdiyimiz kimi, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov və ABŞ-nin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Çarlz Braun arasında telefon danışığı olub. Rəsmi məlumata əsasən, generallar Rusiya Hərbi Dəniz Qüvvələri ilə Hərbi Kosmik Qüvvələrinin Aralıq dənizindəki təlimlərini müzakirə ediblər, lakin açıqlanmayan hissələrdə başqa məqamlar da yer alır. 

 

Sözügedən telefon danışığının pərdəarxasındakı məqamlar nələrdir?

 

Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi təhlilçi Aqşin Kərimov deyib ki, ABŞ ilə Rusiyanın ali hərbi qurumlar vasitəsilə diplomatiyası tərəflər arasında konfliktlərə son qoymağa yönəlmiş xüsusi təklifləri özündə ehtiva edə bilər:

 

“Gerasimovla Braunun müzakirələri Rusiya ilə ABŞ-nin Yaxın Şərqdən tutmuş Ukrayna poliqonuna qədər uzanan münaqişələrin potensial olaraq məhdudlaşdırılmasını əks etdirir. Bu təkliflərə Donald Trampın növbəti prezidentliyi dövründə ABŞ-Rusiya əlaqələrində əsas fiqurların, o cümlədən Trampla Vladimir Putinin görüş planları ilə əlaqədar ümumi planlar da daxildir. Telefon zənginin Rusiya tərəfindən edildiyi məlumatından yola çıxaraq demək mümkündür ki, Gerasimov Trampın administrasiyası dövründə ABŞ-nin hərbi planları barədə nəbz yoxlayıb. Ukrayna hakimiyyətindən 2022-ci ilin 23 fevral sərhədlərinə qayıdış fonunda Rusiya ilə danışıqların mümkünlüyünə işarələrin işığında Gerasimov-Braun danışıqlarına daha bir “gizli qat” əlavə edilir”.

 

Müsahibimiz qeyd etdi ki, Gerasimovla Braunun telefon danışıqları Rusiyanın Suriyadakı hadisələr fonunda Aralıq dənizində mövqelərini əldən verməmək üçün bütün vasitələrdən istifadə edəcəyinə dair işartılardır:

 

“Danışıqlar ABŞ-nin də mövcud və onun da fövqünə çıxa biləcək potensial maraqlarının çərçivələrini işıqlandırır. Bu, Rusiya ilə ABŞ-nin həm potensial qarşılıqlı güzəştlərinin ölçülərini, həm də mübarizəyə davam edəcəyinin hədlərini müəyyənləşdirir. Rusiyanın Ukraynaya qarşı müharibədə kompleks çağırışları intensiv olaraq yeni növ raketlərin sınaqdan çıxarılması ehtimalını yüksəldir. Yəqin ki, Gerasimov bu barədə də həmkarını məlumatlandırıb. Ümumiyyətlə, ABŞ ilə Rusiyanın dərin eskalasiyaya girməməsi üçün kəşfiyyat məlumatlarını mübadilə proqramının hazırlanması təklif edilib”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

İtaliyada 6 avroya 6 ev aldı: Nə etməyi planlaşdırır? - FOTOLAR

ABŞ-ın San-Fransisko şəhərindən olan 51 yaşlı planlaşdırma üzrə məsləhətçi Rubiya Daniels İtaliyanın mənzərəli Mussomeli şəhərində altı tərk edilmiş evin hər bi...

Qədim sivilizasiyaların sirləri: Əsrarəngiz Himalay qüllələrini kim və nə üçün tikib?

Çinin cənub-qərbindəki təcrid olunmuş dağlıq ərazilərdə daş qüllələr əsrlər boyu dayanıb, qeyri-adi dizaynı və naməlum mənşəyi ilə alimləri çaşdırır. Hündürlüyü...

Pərviz İbadullayevə SOCAR-da yüksək VƏZİFƏ VERİLDİ

Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) yeni təyinat olub.   Sfera.az-ın məlumatına görə, Pərviz Ramiz oğlu İbadullayev 2025-ci il mayın 2-dən etiba...

"Avroviziya" təmsilçilərimizin səhnə şousu belə olacaq -VİDEO

Xəbər verdiyimiz kimi, "Avroviziya 2025"də ölkəmizi təmsil edəcək "Mamagama" qrupu yarışmanın keçiriləcəyi məkanda növbəti məşqini...

Prezident Qələbə Günü ilə bağlı paylaşım etdi- FOTO

Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkə hesablarında 9 May – Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib.   Sfera.az paylaş...

Azərbaycanda Qələbə Günü qeyd olunur

Bu gün alman faşizmi üzərində tarixi qələbədən 80 il keçir.   Sfera.az xəbər verir ki, faşizm üzərində qələbə Azərbaycanda da rəsmi dövlət bayramı ki...