Azərbaycan ABŞ-nin təklifini rədd etməklə Trampa hansı mesajı ötürdü? - ŞƏRH

Azərbaycan ABŞ-nin təklifini rədd etməklə Trampa hansı mesajı ötürdü? - ŞƏRH

Xəbər verdiyimiz kimi, dünən Maltanın paytaxtı Vallettada ATƏT Xarici İşlər Nazirləri Şurasının (ATƏT XİNŞ) 31-ci iclası başlayıb. ABŞ dövlət katibi Antoni Blinken iclas çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün keçirilməsi təşəbbüsü ilə çıxış edib. Blinken bu görüşün baş tutması üçün israrla vasitəçilik etmək istəyib. Lakin Azərbaycan tərəfi Blinkenin görüşün keçirilməsi təklifindən qəti imtina edib. 

 

Səbəb olaraq bildirilib ki, ümumilikdə Bayden Administrasiyası Azərbaycanla bağlı ədalətsiz, qərəzli siyasət yürüdür. Buna görə Azərbaycan ABŞ-nin, ümumiyyətlə, sülh gündəliyində iştirakını istəmir, bunu məqsədəuyğun saymır.

 

Maraqlıdır, Azərbaycanın bu addımının pərdəarxasında nələr dayanır?

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən politoloq Asif Nərimanlı bildirib ki, Blinkenin Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşünü keçirmək istəyi Bayden Administrasiyasının Ağ Evi tərk etməmişdən öncə demokratların aktivinə daha bir xal yazdırmaq məqsədi daşıyırdı.

 


Politoloq qeyd edib ki, Bakı görüşdən məhz ABŞ-nin vasitəçiliyini istəmədiyi üçün imtina edib:

 

“Bu görüş sadəcə “topal ördəyin” xeyrinə olacaq addım idi və sülh danışıqlarının irəliləməsi baxımından nəticəsiz olacaqdı. Bakı bununla sülh danışıqlarının post-Bayden dövrünə saxlamaqla Trampa jest edir. Səbəbin “Bayden Administrasiyasının Azərbaycanla bağlı ədalətsiz siyasəti” olduğunu göstərən Bakı bununla Ağ Evin gələcək administrasiyasına da ABŞ-nin bölgədəki proseslərdə iştirakı Azərbaycanla münasibətlərdən asılı olacaq mesajını verir”.

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR

İtaliyada 6 avroya 6 ev aldı: Nə etməyi planlaşdırır? - FOTOLAR

ABŞ-ın San-Fransisko şəhərindən olan 51 yaşlı planlaşdırma üzrə məsləhətçi Rubiya Daniels İtaliyanın mənzərəli Mussomeli şəhərində altı tərk edilmiş evin hər bi...

Qədim sivilizasiyaların sirləri: Əsrarəngiz Himalay qüllələrini kim və nə üçün tikib?

Çinin cənub-qərbindəki təcrid olunmuş dağlıq ərazilərdə daş qüllələr əsrlər boyu dayanıb, qeyri-adi dizaynı və naməlum mənşəyi ilə alimləri çaşdırır. Hündürlüyü...

Pərviz İbadullayevə SOCAR-da yüksək VƏZİFƏ VERİLDİ

Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) yeni təyinat olub.   Sfera.az-ın məlumatına görə, Pərviz Ramiz oğlu İbadullayev 2025-ci il mayın 2-dən etiba...

"Avroviziya" təmsilçilərimizin səhnə şousu belə olacaq -VİDEO

Xəbər verdiyimiz kimi, "Avroviziya 2025"də ölkəmizi təmsil edəcək "Mamagama" qrupu yarışmanın keçiriləcəyi məkanda növbəti məşqini...

Prezident Qələbə Günü ilə bağlı paylaşım etdi- FOTO

Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkə hesablarında 9 May – Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib.   Sfera.az paylaş...

Azərbaycanda Qələbə Günü qeyd olunur

Bu gün alman faşizmi üzərində tarixi qələbədən 80 il keçir.   Sfera.az xəbər verir ki, faşizm üzərində qələbə Azərbaycanda da rəsmi dövlət bayramı ki...