"Atatürk Azərbaycanı ruslara satdı" deyənlərə sillə kimi cavab — XƏRİTƏ

Son illər sosial şəbəkələrdə "Atatürk Türkiyəni xilas etmək, dövlət qurmaq üçün Azərbaycanı qurban verib" fikirləri tirajlanır. Bu fikrin nə dərəcədə real olub-olmadığını bilmədən, araşdırmadan rəylər yazılır, statuslar paylaşılır.
 
Azərbaycan və Türkiyə münasibətlərini korlamaq üçün ortaya çox vaxt Səfəvi-Osmanlı münasibətləri, əsasən də Çaldıran savaşı məsələsi atılır. Son illər isə Mustafa Kamal Paşanı qaralama kampaniyası start verib. Görəsən bu kampaniyanın arxasında kimlər durur? Amma məsələmiz bu deyil. Məqsədimiz əslində o dövrdə baş verən hadisələri olduğu kimi oxuculara çatdırmaqdır.
 
Ölkə.Az məsələni araşdırmaq üçün Azərbaycan və türk millətlərinin tarixini araşdıran Hüseyn Həsənovla söhbət etdi. Hüseyn bizə köhnə bir xəritəni təqdim etdi və dedi:
 
"Bu xəritəyə diqqətlə baxaq. Xəritə 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti ilə eyni vaxtda yaradılmış Ermənistan dövlətinin iddia etdiyi torpaqların xəritəsidir. Paris sülh konfransında Azərbaycan da iddia etdiyi torpaqların xəritəsini təqdim etmişdi. Qalib dövlətlər Azərbaycanın müstəqilliyini tanısalar da Ermənistanın iddiası ilə zidd olan torpaq məsələsində erməniləri dəstəkləyirdilər. ABŞ prezidenti Vudro Vilsonun çizdiyi xəritəyə Azərbaycanın İrəvan, Göyçə, Zəngəzur, Gəncəbasar, Qarabağ, Naxçıvan bölgələri, Anadolunun Qars, Van, İğdır, Ərzurum və Şərqi Qara dəniz bölgələri ermənilərə verilmişdi. 170 min kv.kilometrlik Ermənistan layihəsini Britaniya,Fransa və digər qalib dövlətlər qəbul etmişdilər və dəstəkləyirdilər. Paris sülh konfransında müzakirə edilmiş bu layihə 1920-ci ildə Sevr müqaviləsi ilə hüquqi cəhətdən qəbul edildi".
 
- Bir də Yunanıstanla bağlı layihə olmalı idi.
 
- Osmanlı imperiyasının süqutu dövründə Vilsonun Ermənistan layihəsinə paralel olaraq Anadolunun qərbində də Yunanıstanın "Megali İdea" iddiasına əsasən layihə çəkilirdi. Meqali İdea tərcümədə böyük ideya deməkdir. Bu layihəyə əsasən İzmir, Egey bölgəsi və Trakya ilə birlikdə Şərqi Qara dəniz vilayəti də Pontus adı altında "Böyük Yunanıstan"a birləşdirilməli idi. Lakin dövrün Yunanıstan baş naziri Venizelos Şərqi Qara dəniz bölgəsinin uzaqda yerləşdiyini və idarəçilik məsələsində problem yaranacağından ehtiyat edərək bu bölgədən imtina edir. Bunun əvəzində isə Trabzon və ətrafı Ermənistanın beynəlxalq sulara çıxışını təmin etmək üçün "Vilson Ermənistanı" layihəsinə əlavə edildi.
 
- Sonra nələr oldu? Atatürk məsələyə necə müdaxilə etdi?
 
- Lakin bu müqaviləni saymayan və Türkiyədə Qurtuluş savaşını davam etdirən Atatürkün rəhbərliyi altında Türkiyə Böyük Millət Məclisinin ordusu bu layihənin qarşısını savaş gücünə aldı. 1923-cü ildə Lozanna konfransında bu layihə hüquqi cəhətdən ləğv edildi. Əgər Atatürk və Qarabəkir Paşa, Anadoludakı Qurtuluş savaşı olmasaydı, bu gün "Vilson Ermənistanı" layihəsi artıq reallaşmışdı. Ərazicə Azərbaycandan üç dəfə böyük, Trabzon limanı ilə beynəlxalq sulara və Avropaya çıxışı olan bir Ermənistan təsəvvür edin. Bu gün Atatürkə atılan ləkə kampaniyasının arxasında kimlərin durduğunu anlamaq o qədər də çətin deyil.


OXŞAR XƏBƏRLƏR

Bloqqerlərə özlərini ərəb şahzadəsi kimi göstərməklə satış etmək qadağan edilib

Çində məhsulları tanıtmaq üçün özünü "Yaxın Şərq şahzadələri" kimi təqdim edən şəxslərin hesabları bloklanıb.   Sfera.az bildirir ki, sosial ...

Evini qəsdən partladıb: Niyə belə etdi?

Britaniyada məhkəmə bir evi dağıdan və yaxınlıqdakı tikililərə ciddi ziyan vuran partlayışın qəsdən törədildiyini müəyyən edib. Hadisə ötən ilin iyununda Böyük ...

3 dollara aldığı tablonun əsl qiymətini biləndə şoka düşdü - FOTOLAR

Ohayoda (ABŞ) Marisi Macy Goodwill (Marisa Meysi Qudvil) ikinci əl mallar mağazasında cəmi üç dollara aldığı rəsmin əslində nə qədər baha olduğunu biləndə gözlə...

Məşhur “Netflix” serial ulduzu 15 il həbs cəzasına məhkum edildi

“Netflix”də yayımlanan “Sex Education” serialının ulduzu, 24 yaşlı britaniyalı aktyor Alexander Westwood (Vestvud) 15,5 il müddətinə aza...

Valideynlə mübahisə zamanı halı pisləşən müəllim vəfat etdi

Bakıda müəllimlə valideyn arasında mübahisə ölümlə nəticələnib.   Sfera.az oxu.az-a istinadən xəbər verir ki, hadisə bir neçə gün öncə 25 nömrəl...

Paşinyandan sülh sazişi açıqlaması: "Biz hazırıq"

Ermənistan Azərbaycanla dəmir yolu əlaqəsi rejimini qarşılıqlı əsasda daha da sadələşdirməyə hazırdır. Sfera.az xəbər verir ki, bunu Ermənistanın baş naz...