Fransada hökumət krizi: Makrona qarşı təzyiq artır

Fransada hökumət krizi: Makrona qarşı təzyiq artır

Fransa Prezidenti Emmanuel Makron, Baş nazir Mişel Barnierin rəhbərlik etdiyi hökumətin istefasını qəbul edib.
 

Sfera.az xəbər verir ki, dünən axşam sol müxalifət tərəfindən təqdim edilən və sağ popülistlərin də dəstəklədiyi etimad səsverməsi nəticəsində Baş nazir Mişel Barnierin rəhbərlik etdiyi hökumət devrilib. Bu gün səhər saatlarında Makrona istefasını təqdim edən Barnier, baş nazir vəzifəsini Makron yeni təyinat edənə qədər müvəqqəti olaraq davam etdirəcək.
 

Sol ittifaqın verdiyi etimadın ləğvi təklifi, Marine Le Penin rəhbərlik etdiyi aşırı sağçı Milli Cəbhə tərəfindən də dəstəklənib və 577 deputatdan 331-i lehinə səs verib. Bu, altmış ildən sonra ilk dəfədir ki, Fransa parlamentinin aşağı palatası bir hökuməti devirmiş olur. 1962-ci ildə də etimad səsverməsi nəticəsində hökumət devrilmişdi.
 

Makrona istefa təzyiqi artır
 

Sağ və sol müxalifətin etimad səsverməsi nəticəsində hökuməti devirməsindən sonra Makrona qarşı istefa təzyiqləri də artıb. Milli Məclisdəki sağ və sol qüvvələr, Makrondan istefa etməsini və ya prezident seçkilərini daha erkən bir tarixə çəkməsini istəyir. Lakin istefa etməyə yanaşmayan Makron, vəzifəsini tamamlayaraq 2027-ci ilə qədər prezidentlikdə qalmaq istəyir. Konstitusiyaya görə iki müddət prezidentlik edən Makron yenidən prezidentliyə namizəd ola bilməz.
 

"Toluna Harris Interactive" tərəfindən aparılan sorğuya görə, fransızların 64%-i prezidentin istefasını dəstəkləyir. Sorğuda iştirak edənlərin 53%-i hökumətin etimad səsverməsi ilə devrilməsini doğru hesab etdiklərini bildirərkən, 82%-i isə bu vəziyyətin nəticələrindən narahat olduqlarını ifadə edib.
 

Əzizə


OXŞAR XƏBƏRLƏR