Özcan Dəniz Azərbaycandan üzr istədi: "Sizləri sevirəm"

Özcan Dəniz Azərbaycandan üzr istədi:
Dünən Azərbaycan mediasında Özcan Dənizin erməni dilində mahnı oxuduğu bir video paylaşılaraq tənqid edilmişdi.
Sfera.az-ın məlumatına görə, müğənni bu gün həmin görüntülərlə bağlı açıqlama yayıb:

"Sevgili Azərbaycanlı qardaşlarım, təxminən 10 il əvvəl "Mədəniyyət körpüləri" adlı bir konsert silsiləmiz var idi. Bu konsertdə Mesopotamiyaya aid bir çox dildə mahnı oxuduq. Bu video layihənin tanıtımı üçün 8 il əvvəl iştirak etdiyim bir proqramdandır. Repertuarda hətta ispan və ingiliscə mahnılar da var idi. Kanal 24-də yayımlanan "Kafa Dengi" proqramına da təminən 10 il əvvəl bu konsertlərin tanıtımı üçün çıxmışdım və oxuduğum da sadəcə həmin an əzbər bildiyim bir türkü idi. Emin Sabitoğludan bəhs etməli idim, haqlısınız. Sadəcə bunun üçün sizdən üzr istəyə bilərəm. Məlumatsızlığıma bağışlayın! Mən artıq səhnəyə çıxmıram... Sənətin dili, dini, irqi olmaz. Sizə orada hansı media orqanı necə təqdim edir, bilmirəm, amma təhrif etdikləri dəqiqdir. Mən sənətçiyəm, yer üzündəki heç bir mədəniyyətə düşmən ola bilmərəm. Siyasət mənim işim deyil. Bu qəsdən edilən davranış məni ən az sizin qədər kədərləndirdi və qəzəbləndirdi. Keçmişdə yaşadığınız acıları ən az sizin qədər bilirəm, hiss edirəm və yanınızdayam. Azərbaycanlı dostlarım bilir, mən hər il Xocalı Soyqırımının ildönümündə kədərinizi paylaşıram. Bir neçə dəfə Bakıda Şəhidlər Xiyabanına gedib dua etmişəm.

Allah bilir ki, çəkdiyim seriallarda Azərbaycan xalqını alçaldacaq hər cür ssenariyə qarşı çıxmışam. Biz qardaşıq, sizlərlə mənim münasibətim daha fərqlidir. Türk filmini  Azərbaycana ilk gətirən mənəm. Türkiyədə Azərbaycan sənətçilərinə ilk dəfə konsert təşkil edən də mənəm. Hazırda azərbaycanlı dostlarımızla iki qardaş ölkənin ortaq dəyəri olan "Koroğlu" dastanını çəkmək üçün görüşlər keçiririk.

Bakı hər zaman mənim ikinci şəhərim, azərbaycanlı qardaşlarım da hər zaman mənim dostlarım olacaq. Buna zərər vermək istəyənlər sadəcə etdikləri pisliklə qalacaqlar. Sizləri sevirəm və pisniyyətli insanlara deyil, qəlbimə inanın. Allaha əmanət olun".


OXŞAR XƏBƏRLƏR

AZAL təyyarəsinin vurulması ilə bağlı - YENİ DETALLAR

Bir neçə gün öncə ötən il dekabrın 25-də AZAL-a məxsus “Embraer E190” təyyarəsinin Qroznı səmasında vurulma əmrinin Rusiya Müdafiə Nazirliyi tərəfin...

“Kurtlar Vadisi Pusu”nun aktyoru vəfat etdi

Türkiyənin məşhur “Kurtlar Vadisi Pusu” serialında “Cevat Akarsu” obrazı ilə tanınan aktyor Şekip Taşpınar dünyasını dəyişib.   ...

Azərbaycanda ipoteka predmetinin satışı qaydası dəyişir

Azərbaycanda tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üs...

Daha bir azərbaycanlı ailə Rusiyadan deportasiya edildi

Rusiyanın Sankt-Peterburq şəhərində polis Nevski rayonunda yeniyetmələr arasında baş vermiş münaqişənin daha bir iştirakçısını - 15 yaşlı Azərbaycan vətəndaşını...

Leyla Əliyevanın doğum günüdür

Heydər Əliyev Fondunun vitse-prezidenti, "Xocalıya Ədalət" kampaniyasının təşəbbüskarı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməraml...

Prezident Mirziyoyevlə görüşündən paylaşım etdi - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkə hesabında ölkəmizdə dövlət səfərində olan Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşü ilə bağlı paylaşım e...