Lavrov ATƏT-i yıxdı-sürüdü: "Heç nəyə faydası yoxdur"
Siyasət
17:20 / 05.12.2024
3170
“ATƏT-in öz vəzifələri çərçivəsində faydalı ola biləcəyi sahələr qalmayıb”.
Sfera.az bildirir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. O, bu barədə təşkilatın Xarici İşlər Nazirləri Şurasının iclasında bildirib.
Lavrov çıxışı zamanı ATƏT-in rolundan danışaraq qurumun indiki mərhələdə səmərəsiz olduğunu vurğulayıb. O həmçinin əlavə edib ki, ATƏT təsisatları Kiyev rejiminin hərəkətlərinə baxarkən “kar kimi susur”.
Bundan əvvəl Rusiya xarici işlər nazirliyinin sözçüsü Mariya Zaxarova da ATƏT-in fəaliyyətindən narazılıq edib.
Günay