Milyarderlərin sayı və sərvəti KƏSKİN ARTDI - FANTASTİK RƏQƏMLƏR

Milyarderlərin sayı və sərvəti KƏSKİN ARTDI - FANTASTİK RƏQƏMLƏR

İsveçrənin UBS bankı dünya milyarderlərinin sayı və sərvəti ilə bağlı yeni hesabatını açıqlayıb.

 

Sfera.az xəbər verir ki, bir il əvvəl dünyada 2544 milyarder olduğu halda, bu il onların sayı 2682-yə, sərvətlərinin dəyəri isə 12 trilyon dollardan 14 trilyon dollara yüksəlib. UBS xatırladır ki, 2015-ci ildə milyarderlərin ümumi sərvəti 6,3 trilyon dollar təşkil edirdi.

 

Ən çox milyarder ABŞ-dədir. ABŞ-də milyarderlərin sayı 751-dən 835-ə yüksəlib. Amerikalı milyarderlərin ümumi sərvəti 4,6 trilyon dollardan 5,8 trilyon dollara qədər artıb. Çində milyarderlərin sayında azalma müşahidə edilir.

 

2021-ci ildə Çində 626 milyarder olduğu halda, 2023-cü ildə milyarderlərin sayı 520 nəfər, 2024-cü ildə isə 427 nəfərə düşüb. Çində milyarderlərin sayı azalmaqla yanaşı, onların sərvətləri də azalıb. Ötən il 1,8 trilyon dollar olan Çin milyarderlərinin sərvətinin dəyəri 1,4 trilyon dollara düşüb.

 

İqtisadiyyatı sürətlə böyüyən Hindistanın milyarderlərinin sayı və sərvəti artır. Son bir il ərzində milyarderlərin sayı 20 faiz artaraq 185-ə, sərvətləri isə 40%-dən çox artaraq 906 milyard dollara çatıb.

 

Qərbi Avropada milyarderlərin sayına görə İsveçrə Britaniyanı qabaqlayaraq Almaniyadan sonra ikinci sıraya yüksəlib. Almaniyada 117 milyarder (8 nəfər artıb), İsveçrədə 85 milyarder (10 nəfər artıb), Britaniyada 82 milyarder, Fransa 46 milyarder (12 nəfər artıb), İtaliyada 62 milyarder (6 nəfər artıb), İspaniyada 27 milyarder (3 nəfər artıb) var.

 

Vasif

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Qədim sivilizasiyaların sirləri: Əsrarəngiz Himalay qüllələrini kim və nə üçün tikib?

Çinin cənub-qərbindəki təcrid olunmuş dağlıq ərazilərdə daş qüllələr əsrlər boyu dayanıb, qeyri-adi dizaynı və naməlum mənşəyi ilə alimləri çaşdırır. Hündürlüyü...

Pərviz İbadullayevə SOCAR-da yüksək VƏZİFƏ VERİLDİ

Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) yeni təyinat olub.   Sfera.az-ın məlumatına görə, Pərviz Ramiz oğlu İbadullayev 2025-ci il mayın 2-dən etiba...

"Avroviziya" təmsilçilərimizin səhnə şousu belə olacaq -VİDEO

Xəbər verdiyimiz kimi, "Avroviziya 2025"də ölkəmizi təmsil edəcək "Mamagama" qrupu yarışmanın keçiriləcəyi məkanda növbəti məşqini...

Prezident Qələbə Günü ilə bağlı paylaşım etdi- FOTO

Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkə hesablarında 9 May – Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib.   Sfera.az paylaş...

Azərbaycanda Qələbə Günü qeyd olunur

Bu gün alman faşizmi üzərində tarixi qələbədən 80 il keçir.   Sfera.az xəbər verir ki, faşizm üzərində qələbə Azərbaycanda da rəsmi dövlət bayramı ki...

Qramla satılan ətirlər ciddi problemlərə səbəb ola bilər - VİDEO

Qramla satılan parfümlər insan sağlamlığı üçün fəsadlar yarada bilər.   Mütəxəssislər bununla bağlı xəbərdarlıq edirlər.   Sfera.az-ın məl...