Macarıstan Aİ-dən gələn 1 milyard avronu İTİRƏ BİLƏR

Macarıstan Aİ-dən gələn 1 milyard avronu İTİRƏ BİLƏR

Budapeşt ilin sonuna kimi demokratiya və qanunun aliliyi sahəsində islahatlar həyata keçirməsə, Macarıstan Avropa İttifaqının ümumi büdcəsindən və onun xüsusi fondlarından tutduğu təxminən 1 milyard avro itirmək riski ilə üzləşəcək.

 

Sfera.az xəbər verir ki, bu barədə “Politico” qəzeti məlumat yayıb.

 

Məlumata görə, Avropa Komissiyasının büdcə, fırıldaqçılıq və dövlət idarəçiliyi üzrə komissarı Petr Serafin Macarıstanın Aİ işləri üzrə naziri Yanoş Boka ilə görüşdən sonra deyib ki, Macarıstanın icma maliyyələşdirməsinin qarşısını almaq üçün Brüsseldə gördüyü işlər onların ümid etdiyi kimi deyil.

 

Aİ qaydalarına əsasən, hər hansı üzv ölkənin Avropa Komissiyası tərəfindən tutulan vəsaiti geri qaytarmaq üçün iki il vaxtı var. Bu halda söhbət 2022-ci ilin büdcəsindən olan məbləğdən gedir. 

 

Brüssel demokratiya və qanunun aliliyi sahələrində AK tərəfindən təklif olunan müxtəlif tədbirləri həyata keçirmək üçün Budapeştə təzyiq göstərir. Budapeşt hesab edir ki, ona qarşı qoyulan tələbləri çoxdan yerinə yetirib və bu məsələnin həllində ləngimələr Aİ rəhbərliyinin Viktor Orbanın rəhbərlik etdiyi hökumətin mövqelərini zəiflətmək istəyindən qaynaqlanır.

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR