SOCAR-ın zavodunun podratçıları tətil elan edib

SOCAR-ın zavodunun podratçıları tətil elan edib
 
SOCAR-ın Türkiyədəki aktivi olan STAR neft emalı zavodunun tikintisində iştirak edən əsas podratçı şirkətlərdən biri "İlk İnşaat"ın təxminən 600 işçisi tətil elan edib.
 
"APA-Economics" Türkiyə mətbuatına istinadən xəbər verir ki, Hindistandan olan işçilər maaşlarını nizamlı şəkildə ala bilmədiklərini və qeyri-qənaətbəxş şərtlərlə çalışdıqlarını əsas gətirərək ötən gün işə çıxmayıblar.
 
Uzun müddətdir əmək haqlarının ödənmədiyini deyən işçilər sığınacaqlarının, o cümlədən qidalanma şərtlərinin də çox pis olduğunu qeyd edib. Məlumata görə, onlar üçün xüsusi olaraq ayrılan hindli aşpazın olmasına baxmayaraq, yeməkxanada yalnız türk yeməkləri verilir.
 
Məsul şəxslərin müdaxiləsi və şərtlərin düzəldiləcəyi ilə bağlı vədlərin verilməsindən sonra işçilər yenidən çalışmağa başlayıb.
 
"İlk İnşaat"dan sonra daha bir podratçı şirkət - "Gemont"un işçiləri də etiraz edib. Digər iki podratçı şirkətin işçilərini hava durumu ilə əlaqədar "Çayağzı" istiqamətindəki düşərgəyə göndərməsi "Gemont"un işçilərinin etirazına səbəb olub. Onlar bunun haqsızlıq olduğunu bildirərək çalışmaqdan imtina ediblər. Nəticədə xeyli işçi eyni anda işi dayandırıb.
 
Məsələ ilə bağlı açıqlama verən STAR neft emalı zavodunun rəsmilərinin sözlərinə görə,  hindli işçilərin qidalanması məsələsi ilə bağlı kiçik problem yaranıb və məsələ artıq həll edilib: "Yemək məsələsinin bizimlə əlaqəsi yoxdur. Düşərgədə hindli işçilərin yeməkləri xüsusi hindli aşpaz tərəfindən hazırlanır. Lakin bəzən burada türk yeməkləri də verilir. Bu zaman yeməyin çəkisində müəyyən fərq yaranır ki, bu da narazılığa səbəb olur. Biz işçilərlə danışaraq məsələni həll etmişik".

OXŞAR XƏBƏRLƏR

Bloqqerlərə özlərini ərəb şahzadəsi kimi göstərməklə satış etmək qadağan edilib

Çində məhsulları tanıtmaq üçün özünü "Yaxın Şərq şahzadələri" kimi təqdim edən şəxslərin hesabları bloklanıb.   Sfera.az bildirir ki, sosial ...

Evini qəsdən partladıb: Niyə belə etdi?

Britaniyada məhkəmə bir evi dağıdan və yaxınlıqdakı tikililərə ciddi ziyan vuran partlayışın qəsdən törədildiyini müəyyən edib. Hadisə ötən ilin iyununda Böyük ...

3 dollara aldığı tablonun əsl qiymətini biləndə şoka düşdü - FOTOLAR

Ohayoda (ABŞ) Marisi Macy Goodwill (Marisa Meysi Qudvil) ikinci əl mallar mağazasında cəmi üç dollara aldığı rəsmin əslində nə qədər baha olduğunu biləndə gözlə...

Məşhur “Netflix” serial ulduzu 15 il həbs cəzasına məhkum edildi

“Netflix”də yayımlanan “Sex Education” serialının ulduzu, 24 yaşlı britaniyalı aktyor Alexander Westwood (Vestvud) 15,5 il müddətinə aza...

Valideynlə mübahisə zamanı halı pisləşən müəllim vəfat etdi

Bakıda müəllimlə valideyn arasında mübahisə ölümlə nəticələnib.   Sfera.az oxu.az-a istinadən xəbər verir ki, hadisə bir neçə gün öncə 25 nömrəl...

Paşinyandan sülh sazişi açıqlaması: "Biz hazırıq"

Ermənistan Azərbaycanla dəmir yolu əlaqəsi rejimini qarşılıqlı əsasda daha da sadələşdirməyə hazırdır. Sfera.az xəbər verir ki, bunu Ermənistanın baş naz...