Rusiya və ABŞ rəsmiləri arasında DANIŞIQ: Nələr müzakirə olunub?

Rusiya və ABŞ rəsmiləri arasında DANIŞIQ: Nələr müzakirə olunub?

Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov və ABŞ-nin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Çarlz Braun arasında telefon danışığı olub.

 

Sfera.az bildirir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah Rəisləri Komitəsinin sözçüsü Ceril Dorsi “ABC” telekanalına bildirib. Danışıqlar noyabrın 27-də aparılsa da, məlumat yeni yayılıb.

 

“Bu, general Braun sədr olduqdan sonra hərbi liderlər arasında ilk söhbət idi”, - Dorsi qeyd edib. Bildirilib ki, görüş zamanı hərbi rəhbərlər beynəlxalq və regional təhlükəsizliyin müxtəlif aspektlərini, o cümlədən Ukraynada davam edən münaqişə ilə bağlı vəziyyəti müzakirə ediblər.

 

Məlumata görə, general Gerasimovun xahişi ilə general Braun bu söhbətin aparılması istiqamətində ilkin məlumatların açıqlanmamasına razılıq verib. Həmçinin dialoq zamanı Ukrayna böhranı kontekstində yanlış hesablamaların və iki ölkə arasında gərginliyin artmasının qarşısının alınması ilə bağlı məsələlər qaldırılıb.

 

“ABC” telekanalı qeyd edib ki, həmçinin uzaqmənzilli dəqiq silahların mümkün istifadəsi və Rusiya ərazisində ən son ballistik raketlərin tətbiqi kimi konkret tədbirlər də müzakirə edilib. Telekanalın verdiyi məlumata görə, Gerasimov Brauna Rusiyanın Aralıq dənizinə raket atmaq niyyəti barədə məlumat verib.

 

Günay 


OXŞAR XƏBƏRLƏR