Bayden afrikalılar üçün 1 milyard dollardan çox yardım ayırdı

Bayden afrikalılar üçün 1 milyard dollardan çox yardım ayırdı

ABŞ Prezidenti Co Bayden tarixi quraqlıqlar nəticəsində didərgin düşmüş afrikalılar üçün 1 milyard dollardan çox humanitar yardım paketi elan edib. 

 

Sfera.az bildirir ki, Luandadakı köləlik muzeyini ziyarət etdikdən sonra açıqlama verən Bayden prezidentliyi dövründə Afrika qitəsi ilə ortaq ideallara nail olmaq üçün güclü tərəfdaşlıq qurmağı hədəflədiyini söyləyib.

 

Qarşılıqlı ortaqlıqlara ehtiyac olduğunu deyən Bayden “Əsl sual ABŞ-nin Afrika üçün nə edə biləcəyi deyil, Afrika xalqı ilə birlikdə nə edə biləcəyidir", deyə bildirib. O, Afrika liderlərinin öz ölkələrinə yardımdan daha çox investisiya gözlədiklərini və ABŞ-nin bu məqsədlə əlaqələri genişləndirdiyini vurğulayıb.

 

Anqola Prezidenti Joao Lourenkonu regiondakı münaqişələrin həllində vasitəçilik etməyə çağıran Bayden Rusiyanın Ukraynadakı müharibəsinə qarşı çıxdığına görə ona təşəkkür edib. 

 

Qeyd edək ki, Bayden Anqolaya səfər edən ilk ABŞ prezidenti olub.

 

Günay 
 


OXŞAR XƏBƏRLƏR