"Əgər Gürcüstanda Qərbin adamı hakimiyyətə gəlsə, Ermənistan sülhdən..." - MÜHÜM AÇIQLAMA

"Əgər Gürcüstanda Qərbin adamı hakimiyyətə gəlsə, Ermənistan sülhdən..." - MÜHÜM AÇIQLAMA

"Ermənistan hakimiyyəti Azərbaycanla sülh müqaviləsi üzrə danışıqlarda gözləmə mövqeyinə keçib". 

 

Sfera.az bildirir ki, bunu siyasi ekspert Məhəmməd Əsədullazadə deyib.

 

Onun sözlərinə görə, İrəvan sərhəddə tunellər və mühəndis istehkam işləri aparır:

 

“Gürcüstanda etiraz aksiyalari və Qərbin burada hökuməti devirmək planı Nikol Paşinyanın Azərbaycanla sülh danışıqlarında belə bir mövqe tutmasına səbəb ola bilər. Avropa İttifaqı, xüsusilə Fransa aktiv şəkildə prezident Salome Zurabişvilinin vasitəsilə Gürcüstanda etiraz aksiyalarını idarə edir. Əgər inqilab olub, Qərb yönümlü siyasi qüvvələr hakimiyyətə gələrsə, Ermənistan hökuməti sülhdən imtina edə bilər. Məhz Ermənistanın silahlanmasını bu kontekstdə dəyərləndirmək olar. Çünki Fransa Gürcüstan vasitəsilə Ermənistana tam həcmdə silahlar göndərəcək. Azərbaycana təzyiqlər etmək üçün Paşinyanın müharibəyə sövq edilməsi istisna deyil”.

 

Ekspert qeyd etdi ki, Paşinyan siyasi iradə ortaya qoyarsa, Ermənistanı eskalasiyadan kənar tuta və Azərbaycanla sülh müqaviləsinə gedərsə, bunun Fransanın regional siyasətinə zərbə vurması mümkündür:

 

“Burada qazanan tərəf Ermənistan ola bilər. Azərbaycanla sülh müqaviləsinin bağlanması bu ölkənin Türkiyə ilə normallaşma prosesinə səbəb olacaq. Nəticədə regional inteqrasiyaya cəlb olunmaqla Ermənistanın normal ölkəyə çevrilməsi mümkündür.  İrəvan hərbi təxribatlara əl atarsa, bu, onların yeni ərazilər itirməsinə gətirib çıxara bilər”.

 

Günay 
 


OXŞAR XƏBƏRLƏR

Evində modem olanların NƏZƏRİNƏ: Dərhal bunu edin, yoxsa… – VİDEO

Evlərimizdə səssiz şəkildə işləyən köhnə və yenilənməmiş internet yönləndiriciləri (router) kibercinayətkarlar üçün cəlbedici hədəflərə çevrilir. Bu barədə ABŞ ...

Ərdoğan Trampa təşəkkür etdi

Xəbər verdiyimiz kimi, bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, ABŞ lideri Donald Tramp, Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi Məhəmməd bin Salman və ...

“iPhone 17” bu tarixdə satışa çıxarılacaq

“Apple” 2025-ci ildə təqdim edəcəyi yeni nəsil “iPhone 17” modeli ilə texnologiya dünyasının diqqət mərkəzinə düşməyə hazırlaşır. Şirkət...

Bakıda cibgirlik edən Əlcəzair vətəndaşları saxlanıldı

Bakının mərkəzində cibgirlik edən Əlcəzair vətəndaşları saxlanılıb.   Sfera.az xəbər verir k, Səbail Rayon Polis İdarəsi 9-cu Polis Bölməsi əmək...

ABŞ bu silahlara görə 1 trilyon dollar xərcləyəcək

ABŞ hökuməti, qarşıdakı on il ərzində nüvə silahlarının idarə olunması, saxlanması və modernləşdirilməsi üçün təxminən 1 trilyon dollar vəsait xərcləyəcək. Bu m...

İlhamə Elşadqızı məhkəmədə ifadə verdi - FOTO

"TikTok"da əxlaqsızlığın təbliğinə qarşı keçirilən əməliyyatlarla bağlı həbs olunan şair İlhamə Elşadqızı barəsində olan cinayət işi üzrə məhkəmə pros...