Bir vaxtlar İngiltərədə kimyəvi maddələrlə işləməyə məcbur edilən işçilərin dəhşətli hekayəsi


Bir vaxtlar İngiltərədə kimyəvi maddələrlə işləməyə məcbur edilən işçilərin dəhşətli hekayəsi

19-cu əsrdə İngiltərədə kibrit fabriklərində işləmək ölümcül nəticələrə səbəb ola bilərdi. Ağ fosforla işləmək nəticəsində yaranan "Fossi çənə" xəstəliyi işçilərin üzlərini tanınmaz hala salıb. Uzun iş saatları, aşağı əmək haqqı və cəza sistemləri işləri daha da çətinləşdirirdi.
 

Sfera.az dəhşətli şəraitin tarixdə buraxdığı qaranlıq iz haqqında yazı təqdim edir.
 

19-cu əsrin sonlarında Londonun şərqindəki “Bryant & May” kibrit fabrikində işçilər "fosfor çənəsi" kimi tanınan dəhşətli xəstəliyin qurbanı olublar.
 

Bu, kibrit istehsalında istifadə olunan ağ və sarı fosforun zəhərli təsiri ilə bağlı olub. İşçilər fosfor dumanını udduqca dişləri çürüməyə, çənələri isə çürüyüb düşməyə başlayıb.
 

Daha qorxulusu o idi ki, xəstəliyin sonrakı mərhələlərində fəhlələrin üzləri qaranlıqda parlayırdı. Kibrit işçiləri 12-14 saat işləyirdilər və demək olar ki, heç bir təhlükəsizlik tədbiri olmadan aşağı əmək haqqı alırdılar.
 

Qadın işçilər kişilərdən daha az maaş alırdılar, hətta bəzi hallarda maaşları kəsilirdi. Oturarkən və ya danışarkən tutuldularsa, cərimələnirdilər.
 

“Bryant & May”da işçilərin fosfordan xəstələnməyə başladığını bilirdilər. Çənədə çürük, diş itkisi və şiddətli ağrılardan əziyyət çəkən işçilər işdən çıxarılaraq yeni işçilərlə əvəz olunurdu.
 

Statistikalar göstərdi ki, işçilərin böyük əksəriyyəti fosfora məruz qaldıqdan sonra beş il ərzində xəstələnib.
 

1888-ci ildə Annie Besant adlı bir jurnalistin "ağ köləlik" olaraq xarakterizə etdiyi bu dəhşətli iş şəraitinə diqqət çəkməsi ilə 1500 qadın işçi tətil elan edib. İşçilər sərt cəza sisteminin dayandırılması və işdən çıxarılan işçilərin bərpası kimi bəzi hüquqlar əldə ediblər.
 

Lakin fosforun istifadəsi tam qadağan olunmadı və bu təhlükəli proses illər boyu davam etdi. 1900-cü illərin əvvəllərində fosforun istifadəsinə qoyulan qadağa ilə "fossi çənə" demək olar ki, tamamilə yox oldu.
 

Ancaq yüzlərlə işçi bu prosesdə həyatını itirdi və bir çoxu ömür boyu sağlamlıq problemləri ilə mübarizə aparmalı oldu.


Aynil


OXŞAR XƏBƏRLƏR

Qusmandan Əliyevə TƏKLİF

TASS-ın baş direktorunun birinci müavini Mixail Qusman cari ilin noyabrında Azərbaycan Prezidenti İlham Əliyevin medianın inkişafındakı rolu haqqında konfrans k...

Azərbaycanda 7 130 məzun fərqlənmə attestatı alıb

2024/2025-ci tədris ilində ümumi orta təhsil səviyyəsi üzrə 150 072 nəfər məzun adi attestat, 7 130 nəfər isə fərqlənmə attestatı alıb.   Sfera.az x...

Süni intellektlə 500 mindən çox izləyici qazandılar

Yeni rok qrupu “The Velvet Sundown” cəmi iki həftə ərzində “Spotify”da 500 mindən çox aylıq dinləyici qazanıb və bir ayda iki albom bura...

Milli mətbuat günü münasibətilə intellektual yarış keçirildi - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən media mənsubları üçün “Mediada rəqabət&...

Zaur Nəbioğlu verilişində tanınmış aktyorun nəvəsinə iş verdi

  ATV telekanalında yayımlanan "Rəngarəng" verilişində maraqlı anlar yaşanıb.   Sfera.az xəbər verir ki, veriliş zamanı "...

Ölkəyə gizli yolla külli miqdarda kərə yağı və tük tökülməsi üçün vasitə gətirən şəxs yaxalandı

Azərbaycana gizli yolla külli miqdarda kərə yağı və püstə gətirən şəxs yaxalanıb.   Sfera.az “oxu.az”a istinadən xəbər verir ki, had...