Cənubi Koreyada hərbi vəziyyət prezidentin əmrinə qədər davam edəcək


Cənubi Koreyada hərbi vəziyyət prezidentin əmrinə qədər davam edəcək

Cənubi Koreyada hərbi vəziyyət ölkə prezidentinin ləğvi barədə göstəriş verənə qədər qüvvədə qalacaq.


Sfera.az xəbər verir ki, bu barədə YTN telekanalı məlumat yayıb.


Bundan əvvəl ölkə parlamenti növbədənkənar iclasında prezident Yun Seok-yeol tərəfindən tətbiq edilən hərbi vəziyyət rejiminin ləğvinə səs verib. Respublika başçısı bu tədbirə səbəb kimi konstitusiya quruluşunun qorunması və “Şimali Koreyayönlü qüvvələrə” qarşı durmağın zəruriliyini göstərib. Prezident həmçinin müxalifətin ölkə büdcəsi ilə bağlı fikir ayrılıqlarına görə bir sıra məmurları impiçment etmək cəhdlərini xatırladıb.
 

Hərbi vəziyyətin tətbiqindən sonra komandir təyin edilən Cənubi Koreya Quru Qoşunlarının Baş Qərargah rəisi Park An Su parlamentin, siyasi partiyaların və mitinqlərin fəaliyyətinə qadağa qoyulduğunu elan edib, media nəzarətə götürülüb.

İnci


OXŞAR XƏBƏRLƏR

Nə üçün Bakını ziyarət edək? - "Forbes" Azərbaycandan yazdı

ABŞ-nin məşhur “Forbes” iqtisadi jurnalında Bakı haqqında məqalə-reportaj dərc olunub.   Sfera.az xəbər verir ki, yazıda Bakının tarixi, ...

Azərbaycanlı aktrisadan cəsarətli paylaşım – FOTOLAR

Türkiyədə yaşayan tanınmış aktrisa Nəsrin Cavadzadə yenə də diqqətləri üzərinə çəkməyi bacarıb. Aktrisa bu dəfə başdan-ayağa transparan libas seçimi ilə gündəmə...

Rusiya-Ukrayna müharibəsində dönüş olacaq?: "Zaman bu ölkənin xeyrinə işləyir"

Ukrayna və Rusiya prezidentlərinin danışıqlara başlanılması ilə bağlı verdiyi açıqlamalar münaqişənin həllində dönüş olacağına dair ümidlər yaradıb. Bəzi mülahi...

Hindistanda 32 hava limanı yeni işlək hala gəldi

Hindistan hakimiyyəti Hindistan-Pakistan sərhədində artan gərginlik fonunda əvvəllər bağlanmış 32 hava limanının fəaliyyətini bərpa etmək qərarına gəlib. &nb...

Müğənni Nigar “Vətən Müharibəsi iştirakçısı” medalını necə alıb? - FOTO

Müğənni Nigar Rəhimova "Vətən Müharibəsi iştirakçısı" medalı ilə təltif edilib.   Sfera.az xəbər verir ki, bu barədə Nigar Rəhimova öz...

ABŞ və Çin 90 günlük razılığa gəldi

ABŞ və Çin 90 gün müddətinə ticarət rüsumlarını qarşılıqlı azaltmaq barədə razılığa gəliblər.   Sfera.az xəbər verir ki, ABŞ Maliyyə Naziri Scott Bes...