Bu ərazilərdə qaz kəsiləcək


Bu ərazilərdə qaz kəsiləcək

“Qaz İxrac” İdarəsi tərəfindən “Əliuşağı” QPS-də qaz tənzimləyici qurğuların dəyişdirilməsi məqsədilə 04.12.2024-cü il tarixində saat 10:00-dan 18:00-dək “Göygöl əhali” və “Samux əhali” ölçü qovşaqlarından qaz təchizatının dayandırılması planlaşdırılır.

 

Bu barədə Sfera.az-a “Azəriqaz” İB-dən bildirilib.

 

Mingəçevir şəhəri 1 saylı İncəsənət Musiqi məktəbinə qazın verilməsi və şəhərin Füzuli küçəsində yerüstü daşıyıcı qaz xəttinin yerinin dəyişdirilməsi məqsədilə 04.12.2024-cü il tarixində saat 10:00-dan sözügedən ərazidə qaz təchizatının dayandırılması nəzərdə tutulub.

 

Həmçinin paytaxtın Nərimanov rayonunun İ. Həsənoğlu və Təbriz küçələrinin kəsişməsində siyirtmədə aşkar olunmuş qaz sızmasının ləğv edilməsi məqsədilə 04.12.2024-cü il saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

 

Təmir işləri aparılan müddətdə Göygöl rayonunun (şəhər mərkəzi və 23 yaşayış məntəqəsi), Mingəçevir şəhərinin və paytaxtın Nərimanov rayonunun (Həsənoğlu, Təbriz və K. Rəhimov küçələri) bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

 


OXŞAR XƏBƏRLƏR

Rusiya-Ukrayna müharibəsində dönüş olacaq?: "Zaman bu ölkənin xeyrinə işləyir"

Ukrayna və Rusiya prezidentlərinin danışıqlara başlanılması ilə bağlı verdiyi açıqlamalar münaqişənin həllində dönüş olacağına dair ümidlər yaradıb. Bəzi mülahi...

Hindistanda 32 hava limanı yeni işlək hala gəldi

Hindistan hakimiyyəti Hindistan-Pakistan sərhədində artan gərginlik fonunda əvvəllər bağlanmış 32 hava limanının fəaliyyətini bərpa etmək qərarına gəlib. &nb...

Müğənni Nigar “Vətən Müharibəsi iştirakçısı” medalını necə alıb? - FOTO

Müğənni Nigar Rəhimova "Vətən Müharibəsi iştirakçısı" medalı ilə təltif edilib.   Sfera.az xəbər verir ki, bu barədə Nigar Rəhimova öz...

ABŞ və Çin 90 günlük razılığa gəldi

ABŞ və Çin 90 gün müddətinə ticarət rüsumlarını qarşılıqlı azaltmaq barədə razılığa gəliblər.   Sfera.az xəbər verir ki, ABŞ Maliyyə Naziri Scott Bes...

Gəncədə yaşayış binasında PARTLAYIŞ: Ölən və xəsarət alan var

Gəncədə yaşayış binasında partlayış olub.   Sfera.az xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.   Belə ki, sözügedən ərazi...

İyunda bu tarixlərdə iş olmayacaq - TƏQVİM

İyun ayının qeyri-iş günləri açıqlanıb.   Sfera.az xəbər verir ki, 6-7 iyun Qurban bayramı, 15 iyun Milli Qurtuluş Günü, 26 iyun isə Azərbaycan Respu...