13 yaşlı qızlar "TikTok"da tanış olduqları yeniyetmələrləQAÇDILAR


13 yaşlı qızlar "TikTok"da tanış olduqları yeniyetmələrləQAÇDILAR

Evdən qaçmış 13 yaşlı qızla intim münasibətdə olan 18 yaşlı Məcid Quliyev (şərti soyadlı) cinayət məsuliyyətinə cəlb edilib.



Sfera.az publika.az-a istinadən xəbər verir ki, hadisə bu il iyunun 23-də Tərtər şəhəri, Vəzir Orucov küçəsində istifadə edilməyən binada baş verib.



Həmin gün Tərtər şəhər 3 saylı tam orta məktəbdə təhsil alan 13 yaşlı iki qız şagird evdən qaçıb.

 

Onlar "TikTok" sosial şəbəkəsində tanış olduqları Elnur və Məcid adlı oğlanlarla birgə istifadə edilməyən binaya gedərək gecəni orada qalıblar. Burada olduqları zaman qızlardan biri Məcidlə, digəri Elnurla ayrı-ayrı otaqlarda qalıb. Həmin vaxt Məcid yetkinlik yaşına çatmayan qızla cinsi əlaqədə olub.


Növbəti gün şəhər ərazisində parkda olarkən polis əməkdaşları onları şöbəyə aparıblar. Məlum olub ki, yeniyetmələrin ailələri qızların itkin düşməsi barədə polisə xəbər veriblər. Burada izahatlar alınarkən qızlardan V.Cəfərova Məcid adlı oğlanla gecə intim münasibətdə olduğunu deyib.

 

Məcid barəsində Cinayət Məcəlləsinin 152.2-ci (14 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma) maddəsi ilə iş açılıb.
 

Tərtər Rayon Məhkəməsinin 27.11.2-24-cü il tarixli hökmü ilə o, 3 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib, lakin cəza sınaq müddəti təyin edilməklə şərti hesab olunub.


OXŞAR XƏBƏRLƏR

Xaricdə bəzi analar südlərini fitness məşqçilərinə satmağa başlayıblar

Əlavə gəlir axtarışı indi tamamilə yeni səviyyəyə çatıb. ABŞ-da bəzi analar istehsal etdikləri ana südünü internet vasitəsilə sataraq minlərlə dollar qazanırlar...

Rusiyada 20-dən çox uçuş təxirə salındı

Moskvanın “Şeremetevo” hava limanı 20-dən çox reysi təxirə salıb.   Sfera.az xəbər verir ki, bu barədə hava limanının onlayn lövhəsində m...

Sadəcə hürə bilir: Anası tərəfindən atılan 8 yaşlı uşaq danışmağı unudub

Taylandda baş verən faciəvi hadisə sosial xidmətlərin hərəkətə keçməsinə səbəb olub. Yalnız itlərlə ünsiyyət qura bilən 8 yaşlı uşaq illərdir baxımsız qaldığı e...

Kirayə mənzillərə gizli kameralar qoyulur - AÇIQLAMA

Son illər kirayə verilən mənzillərdə və həyət evlərində təhlükəsizlik məqsədilə müşahidə kameralarının quraşdırılması halları artmaqdadır. Lakin bu tendensiya ş...

Azərbaycanın ATƏT-dəki nümayəndə heyətindən etiraz bəyanatı

Azərbaycanın ATƏT-dəki nümayəndə heyəti etiraz bəyanatı yayıb.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycanın Vyanadakı səfiri Rövşən Sadıqbəyli ö...

59 il bioloji valideynlərini axtaran kişi DNT testi sayəsində gözlənilməz həqiqəti üzə çıxardı - FOTO

Uels sakini Saymon Prothero ömrünün 59 ilini öz ailəsini tapmağa çalışıb. Kişi DNT testindən keçəndə doğumu, valideynləri və körpə ikən niyə tərk edildiyi barəd...