Üç ölkənin səfiri Gürcüstan XİN-ə çağırıldı
Dünya
18:37 / 03.12.2024
6541
Litvanın, Estoniyanın Tiflisdəki səfirləri və Latviya səfirliyinin müvəqqəti işlər vəkili Gürcüstan Xarici İşlər Nazirliyinə çağırılıb.
Mf Gürcüstan XİN-in açıqlamasına istinadən xəbər verir ki, bu addım həmin ölkələrin Gürcüstan hakimiyyətinin nümayəndələrinə qarşı sanksiyalar tətbiq etməsi ilə əlaqədar atılıb.
Nazirlik bildirir ki, görüşdə üç ölkənin Gürcüstanın hökumət rəhbərlərinə və hüquq-mühafizə orqanlarının əməkdaşlarına qarşı sanksiyaların tətbiqi ilə bağlı bəyanatlar verməsindən narahatlıq ifadə olunub, onların ölkələr arasındakı tərəfdaşlıq münasibətlərinə zidd olduğu qeyd edilib.