Üç rayonun Təhsil Şöbəsinə yeni müdirlər TƏYİN OLUNDU - RƏSMİ

Üç rayonun Təhsil Şöbəsinə yeni müdirlər TƏYİN OLUNDU - RƏSMİ

Təhsil Nazirliyinə və rayon Təhsil Şöbələrinə yeni şöbə və sektor müdirləri təyin olunub.

 

Sfera.az xəbər verir ki, Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi tərəfindən Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyində vakant vəzifələrin tutulması üçün keçirilən daxili müsahibədə uğur qazanan namizədlər Təhsil Nazirliyinə və rayon Təhsil Şöbələrinə yeni vəzifələrə təyin olunublar.

 

Belə ki, Elşən Tofiq oğlu Qəbulov Təhsil Nazirliyi Aparatının Məktəbəqədər və ümumitəhsilin idarə edilməsi şöbəsinə şöbə müdiri, Gültəkin Əli qızı Rüstəmli həmin şöbəyə sektor müdiri, Sahil Əkbər oğlu Əlizadə Babək rayon Təhsil Şöbəsinə, Murad Rövşən oğlu Hümbətov Culfa rayon Təhsil Şöbəsinə, Ayaz İdris oğlu Əliyev isə Kəngərli rayon Təhsil Şöbəsinə müdir təyin olunublar.

 

Qeyd edək ki, Elşən Qəbulov bundan əvvəl Kəngərli rayon Təhsil Şöbəsinin müdiri, Gültəkin Rüstəmli Təhsil Naziriliyi Aparatının Məktəbəqədər və ümumitəhsil sektorunda aparıcı məsləhətçi, Sahil Əlizadə Nazirlik Aparatının Uşaq və gənclərin inkişafı sektorunun baş məsləhətçisi, Ayaz Əliyev həmin sektorda aparıcı məsləhətçi, Murad Hümbətov isə Culfa rayon Təhsil Şöbəsində baş məsləhətçi vəzifələrində çalışıblar.


OXŞAR XƏBƏRLƏR

Vatikanın bacasından qara tüstü çıxır – Bu nə deməkdir?

Dünyanın ən məşhur bacasından qara tüstü çıxır. Çərşənbə günü 70 ölkədən 133 kardinaldan ibarət qrup Papa Fransiskin vəfatından sonra 267-ci pontifi seçmək...

Alça kimlərə olmaz?

Yazın gəlişi ilə təbiət canlanır, ağaclar bar verir, piştaxtalar isə rəngarəng meyvələrlə dolur. Hər fəsilin öz neməti olsa da, yaz aylarında çoxlarının səbirsi...

Azərbaycan və Estoniya konsulluq məsləhətləşmələri keçirdi

Tallin şəhərində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Estoniya Respublikasının Xarici İşlər Nazirliyi arasında konsulluq məsləhətləşmələri keçi...

ABŞ 10 gündə iki döyüş təyyarəsini itirdi

ABŞ-ın 60 milyon dollarlıq qırıcı təyyarəsi uğursuz eniş zamanı Qırmızı dənizə düşüb, iki pilot yaralanıb. Bu, ABŞ Hərbi Dəniz Qüvvələrinin 10 gündən az müddətd...

Bitkoinin qiyməti 100 min dolları ötdü

Ticarət zamanı bitkoinin qiyməti 7 fevral 2025-ci ildən bəri ilk dəfə olaraq 100 min dolları ötüb.   Sfera.az xəbər verir ki, bu barədə “Binanc...

Şuşada 17 milyon manata yaşayış binaları tikiləcək

"Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi" Publik Hüquqi Şəxsi Şuşa şəhərində binaların tikintisinə 17 milyon 286 min 741 manat vəsait xərcləməyi planlaşdırı...