Azər Türk Bankın rəqəmsal debit kartını hər kəs onlayn əldə edə biləcək

Azər Türk Bankın rəqəmsal debit kartını hər kəs onlayn əldə edə biləcək

Dövlət bankı Azər Türk Bankın atb360 mobil tətbiqində yeni istifadəyə verilmiş xidmət sayəsində hər bir şəxs rəqəmsal atb card debit kartına tamamilə ödənişsiz və saniyələr ərzində rahatlıqla sahib ola biləcəkdir.

 

Belə ki, öncə tətbiqdə qeydiyyatdan keçilir, daha sonra SİMA identifikasiyanı keçməklə kart sifariş edilir. Saniyələr ərzində rəqəmsal kart atb360 cüzdanında aktiv olur

 

Əgər müştəri kartın çap versiyasını almaq istəyərsə, o zaman tətbiqdə sifariş edib, təhvil almaq üçün Bankın filialını qeyd edir. Kartın çap versiyası 15 AZN təşkil edir.

 

Qeyd edək ki, atb360 mobil əlavəsini App Store və ya Google Play-dən mobil telefona yükləmək mümkündür.

 

Xatırladırıq ki, rəqəmsal kart vasitəsilə rahatlıqla onlayn ödənişlər həyata keçirə və kartı Google Pay və Apple Pay cüzdanlarına əlavə etməklə təmassız ödənişləri icra etmək olar.

 

Eyni zamanda card-to-card və müştəriyə məxsus digər hesab və kartlardan köçürmə vasitəsilə balansın artırılması mümkündür.

 

Həmçinin card-to-card və NFC texnologiyasını dəstəkləyən bankomat vasitəsilə kart hesabından məxaric əməliyyatlarını yerinə yetirmək olar.

 

Bankın məhsul və xidmətləri barədə ətraflı məlumatı //atb.az saytından, bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, WhatsApp (055) 7770 945, yaxud 945 nömrəli Çağrı Mərkəzindən əldə edə bilərsiniz.


OXŞAR XƏBƏRLƏR

Vatikanın bacasından qara tüstü çıxır – Bu nə deməkdir?

Dünyanın ən məşhur bacasından qara tüstü çıxır. Çərşənbə günü 70 ölkədən 133 kardinaldan ibarət qrup Papa Fransiskin vəfatından sonra 267-ci pontifi seçmək...

Alça kimlərə olmaz?

Yazın gəlişi ilə təbiət canlanır, ağaclar bar verir, piştaxtalar isə rəngarəng meyvələrlə dolur. Hər fəsilin öz neməti olsa da, yaz aylarında çoxlarının səbirsi...

Azərbaycan və Estoniya konsulluq məsləhətləşmələri keçirdi

Tallin şəhərində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Estoniya Respublikasının Xarici İşlər Nazirliyi arasında konsulluq məsləhətləşmələri keçi...

ABŞ 10 gündə iki döyüş təyyarəsini itirdi

ABŞ-ın 60 milyon dollarlıq qırıcı təyyarəsi uğursuz eniş zamanı Qırmızı dənizə düşüb, iki pilot yaralanıb. Bu, ABŞ Hərbi Dəniz Qüvvələrinin 10 gündən az müddətd...

Bitkoinin qiyməti 100 min dolları ötdü

Ticarət zamanı bitkoinin qiyməti 7 fevral 2025-ci ildən bəri ilk dəfə olaraq 100 min dolları ötüb.   Sfera.az xəbər verir ki, bu barədə “Binanc...

Şuşada 17 milyon manata yaşayış binaları tikiləcək

"Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi" Publik Hüquqi Şəxsi Şuşa şəhərində binaların tikintisinə 17 milyon 286 min 741 manat vəsait xərcləməyi planlaşdırı...