"Bu, Ukrayna üçün son dərəcə vacibdir" - NATO rəsmisindən MÜHÜM AÇIQLAMA

"Bu, Ukrayna üçün son dərəcə vacibdir" - NATO rəsmisindən MÜHÜM AÇIQLAMA

“NATO Ukraynanı alyansa dəvət etməyi deyil, Kiyevi yalnız silahla təmin etməyi müzakirə edir”.

 

Sfera.az bildirir ki, bunu NATO-nun baş katibi Mark Rutte blok ölkələrinin xarici işlər nazirlərinin Brüsseldə keçiriləcək görüşü ərəfəsində keçirdiyi mətbuat konfransında deyib.

 

“Biz bu iki gün də daxil olmaqla, hazırda ehtiyac duyulan şeyə cəmləşməliyik: Ukraynaya hərbi yardımın çatdırılması. Bu onlar üçün son dərəcə vacibdir”, - Rutte bildirib.

 

Qurum rəsmisi bir daha qeyd edib ki, bütün müttəfiqlər “Ukraynanın gələcəyi NATO-dadır” mövzusunda həmfikirdirlər:

 

“Vaşinqtonda keçirilən sammitdə müttəfiqlər razılaşıblar ki, Ukraynanın gələcəyi NATO-dadır, həmçinin Ukraynanın NATO-ya gedən yolu dönməzdir”, - o xatırladıb və əlavə edib ki, alyans Kiyevi üzvlüyə yaxınlaşdırmağa çalışır.

 

“Bu, addım-addım baş verir”, - Rutte bildirib.

 

Günay

Sfera.az


OXŞAR XƏBƏRLƏR