"Neftçi" 2800 manat cərimələndi

"Neftçi" 2800 manat cərimələndi

AFFA İntizam Komitəsi "Neftçi" klubunu 2800 manat cərimələyib.

 

Sfera.az xəbər verir ki, buna Misli Premyer Liqasının XV turunda "Qarabağ"la keçirilmiş Azərbaycan derbisində yaşananlar səbəb olub.

 

"Ağ-qaralar" sözügedən matçda azarkeşlərin meydana kənar əşya atmasına görə 800, fanatların kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirməsi (bu hal ikinci dəfə yaşanıb) ucbatından 500 manat ödəyəcək. Bakı klubu meydana vaxtında çıxmadığı üçün görüş gec başlayıb və meydan sahibləri 1500 manat cərimə olunub.

 

"Köhlən atlar" isə tərəfdarları pirotexniki vasitədən istifadə etdiyinə görə 1500 manat ziyana düşüb. Hazırkı ölkə çempionuna azarkeşlərinin kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirməsi (bu hal ilk dəfə yaşanıb) üzündən xəbərdarlıq edilib.

 

Qeyd edək ki, qarşılaşma "Qarabağ"ın qələbəsi ilə yekunlaşıb - 3:0.


OXŞAR XƏBƏRLƏR

Sayt rəhbərinə hökm oxundu

Azerinfo.az saytının rəhbəri İbrahim Hümbətovun cinayət işi üzrə sonuncu məhkəmə prosesi keçirilib.   Sfera.az xəbər verir ki, Lənkəran Ağır Cinayətl...

"ABB" səhmdarlarına 200 000 000 manat dividend ödəyəcək

7 may 2025-ci il tarixində ABB Səhmdarlarının Ümumi Yığıncağı keçirilib. Yığıncaqda ABB-nin 2024-cü il üzrə kənar auditor tərəfindən təqdim olunmuş maliyyə hesa...

ADNSU-da Vyetnamın ilk Prezidentinə həsr edilən Memorial otağın açılışı olub

Mayın 8-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Vyetnamın görkəmli siyasi xadimi, ilk Prezidenti Ho Şi Minin anadan olmasının 135 illiyinə h...

Ölkələrin uğuru müstəqil siyasi iradədən daha çox asılıdır

Yeni dünya nizamı ilə bağlı çağırışlar beynəlxalq münasibətlər sisteminə də ciddi təsir göstərir. İkinci Dünya müharibəsindən sonra formalaşan və ötən 80 il ərz...

Prezident təqaüdünün məbləği nə qədərdir?

Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü ölkənin elm, təhsil, mədəniyyət, iqtisadiyyat, dövlət idarəçiliyi və digər sahələrində böyük xidmətləri...

Putin və Cinpin: "Tokio bundan dərs çıxarmalıdır"

Rusiya Prezidenti Vladimir Putin və Çin Xalq Respublikasının Sədri Si Cinpin rəsmi Tokionu keçmişdə yol verilmiş tarixi səhvlərdən dərs çıxarmağa çağırıblar.&nb...