Sabah hava necə olacaq? - PROQNOZ

Sabah hava necə olacaq? - PROQNOZ

Dekabrın 4-də gözlənilən hava şəraiti açıqlanıb.

 

Sfera.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin yaydığı məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

 

Lakin gecə və səhər bəzi yerlərdə arabir yağış yağacağı ehtimalı var. Səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub-şərq küləyi əsəcək.

 

Havanın temperaturu gecə 6-8° isti, gündüz 8-11° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 768 mm civə sütunu olacaq. Nisbi rütubət 70-80 % olacaq.

 

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin gecə Quba-Qusar zonasının bəzi yerlərində arabir leysan xarakterli yağış yağacağı ehtimalı var. Arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

 

Havanın temperaturu gecə 1-5° isti, gündüz 6-11° isti, dağlarda gecə 6-11° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacaq.


OXŞAR XƏBƏRLƏR

Prezident təqaüdünün məbləği nə qədərdir?

Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü ölkənin elm, təhsil, mədəniyyət, iqtisadiyyat, dövlət idarəçiliyi və digər sahələrində böyük xidmətləri...

Putin və Cinpin: "Tokio bundan dərs çıxarmalıdır"

Rusiya Prezidenti Vladimir Putin və Çin Xalq Respublikasının Sədri Si Cinpin rəsmi Tokionu keçmişdə yol verilmiş tarixi səhvlərdən dərs çıxarmağa çağırıblar.&nb...

DTX əməliyyat keçirdi - Saxlanılan var

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) və Dövlət Sərhəd Xidməti (DSX) birgə əməliyyat keçirib, saxlanılan var. Sfera.az xəbər verir ki, Azərbaycan Respublikas...

Sibirdə gizli silah zavodu qurulur - FOTO

Rusiya Ukrayna ilə davam edən müharibədə istifadə edilən güclü partlayıcıların istehsalını artırmaq üçün Sibir bölgəsində yerləşən bir zavodda gizli genişləndir...

8 May - Dünya Eşşəklər Günüdür

Hər il 8 may tarixində qeyd olunan Dünya Eşşəklər Günü (World Donkey Day) bu təvazökar, lakin əvəzsiz heyvanların həyatımızdakı rolunu xatırlatmaq və onlar...

Hindistan Azərbaycandan idxalı dayandırıb - Bu, ölkəmizin ixracına necə təsir edəcək?

Pakistanın Azərbaycandakı səfiri Qasim Mohiuddin keçirdiyi mətbuat konfransında bildirib ki, Hindistan Azərbaycandan mal idxalını dayandırıb. Səfir Hindistanın ...