"450 manat maaş alır, mənə yaxınlaşıb deyir ki…" – Deputat

"450 manat maaş alır, mənə yaxınlaşıb deyir ki…" – Deputat

“Hər il büdcənin gəlir və xərcləri artır. İqtisadiyyatın həcmi böyüyür. Bu, müsbət tendensiyadır. Ümumi daxili məhsulun həcmində 3,5 artım qane etməməlidir. Qarşıda həllini gözləyən iri maliyyə tutumlu işlər, əhalinin həyat səviyyəsinin yüksəldilməsinə yönələn ciddi qərarların qəbuluna böyük ehtiyac var”.

 

Sfera.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Qüdrət Həsənquliyev bu gün keçirilən plenar iclasda deyib.

 

Onun sözlərinə görə, müdafiə və təhlükəsizlik, hüquq mühafizə orqanlarının əməkdaşlarına, dövlət qulluqçularına layiqli qədər əməkhaqqı verilmir:

 

“Korrupsiyaya qarşı effektiv mübarizəni təşkil etmək, qanunların aliliyini və mülkiyyət toxunulmazlığını təmin etməklə əlverişli biznes mühiti yaratmaq lazımdır. İnkişafımızın qarşısında duran əsas problemlərdən biri olan bürokratik dövlət aparatı kiçildilməli bunun hesabına əməkhaqqı artırılmalıdır.

 

Digər narahat edən məsələlər əməkhaqqının azlığı ilə bağlıdır. Belə ki, küçədə işləyən şəxslərə 450 manat maaş verilir. Onlar dəfələrlə mənə yaxınlaşıb bu məsələni Milli Məclisdə qaldırmağımı təklif edirlər”.


OXŞAR XƏBƏRLƏR

Sayt rəhbərinə hökm oxundu

Azerinfo.az saytının rəhbəri İbrahim Hümbətovun cinayət işi üzrə sonuncu məhkəmə prosesi keçirilib.   Sfera.az xəbər verir ki, Lənkəran Ağır Cinayətl...

"ABB" səhmdarlarına 200 000 000 manat dividend ödəyəcək

7 may 2025-ci il tarixində ABB Səhmdarlarının Ümumi Yığıncağı keçirilib. Yığıncaqda ABB-nin 2024-cü il üzrə kənar auditor tərəfindən təqdim olunmuş maliyyə hesa...

ADNSU-da Vyetnamın ilk Prezidentinə həsr edilən Memorial otağın açılışı olub

Mayın 8-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Vyetnamın görkəmli siyasi xadimi, ilk Prezidenti Ho Şi Minin anadan olmasının 135 illiyinə h...

Ölkələrin uğuru müstəqil siyasi iradədən daha çox asılıdır

Yeni dünya nizamı ilə bağlı çağırışlar beynəlxalq münasibətlər sisteminə də ciddi təsir göstərir. İkinci Dünya müharibəsindən sonra formalaşan və ötən 80 il ərz...

Prezident təqaüdünün məbləği nə qədərdir?

Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü ölkənin elm, təhsil, mədəniyyət, iqtisadiyyat, dövlət idarəçiliyi və digər sahələrində böyük xidmətləri...

Putin və Cinpin: "Tokio bundan dərs çıxarmalıdır"

Rusiya Prezidenti Vladimir Putin və Çin Xalq Respublikasının Sədri Si Cinpin rəsmi Tokionu keçmişdə yol verilmiş tarixi səhvlərdən dərs çıxarmağa çağırıblar.&nb...