Cənubi Qafqazda ən az işsizlik Azərbaycandadır - MÜQAYİSƏ

Cənubi Qafqazda ən az işsizlik Azərbaycandadır - MÜQAYİSƏ

Cənubi Qafqaz ölkələri arasında ən aşağı işsizlik səviyyəsi Azərbaycandadır.

 

Sfera.az Media Təhlil Mərkəzinin (MTM) araşdırmasına istinadən xəbər verir ki, 2024-cü ilin noyabrın 1-də Azərbaycanda işsizlik səviyyəsi 5,33 faiz təşkil edib.

 

Bu göstərici 2024-cü ilin iyulun 1-də Ermənistanda 13,76 faiz, 2024-cü ilin oktyabrın 1-də Gürcüstanda 13,82 faiz olub.

 

Qeyd edək ki, işsizlik səviyyəsi işsiz olan şəxslərin sayının əmək qabiliyyətli insanların sayına nisbəti əsasında müəyyənləşir.

 

Azərbaycanda işsizlik səviyyəsi pandemiya ilə əlaqədar 2020-ci ildə 7,16 faiz səviyyəsinə yüksəlmişdi. Sonrakı illərdə işsizlik səviyyəti davamlı düşərək 2024-cü ilin əvvəlində 5,44 faiz, noyabrın 1-də isə 5,33 faiz olub.

 

Vasif

Sfera.az

 

 


OXŞAR XƏBƏRLƏR