Unibank ətraf mühitə dəstək məqsədi ilə 500 ağac əkib - FOTO

Unibank ətraf mühitə dəstək məqsədi ilə 500 ağac əkib - FOTO

Öz fəaliyyətində ESG (Ekoloji, Sosial və İdarəetmə) prinsiplərini rəhbər tutan Unibank,  ölkəmizin “təmiz ətraf mühit və yaşıl artım ölkəsinə çevrilmək” milli prioritetinin dəstəklənməsi baxımından daha bir addım atıb. Bank tərəfindən Müşfiqabad ərazisində 500 ağac əkilib. Bank əməkdaşları 1 hektara yaxın ərazidə Eldar şamı və Zeytun tinglərinin əkinini həyata keçiriblər. Ağacəkmə aksiyasına “Eco Hub” Ekoloji Təşəbbüslərə Dəstək İctimai Birliyinin təşkilati dəstək verilib.

 

Hər iki ağac növü hava keyfiyyətinin yaxşılaşdırılması və ətraf mühitə təsiri baxımından əhəmiyyətli qiymətləndirilir. Belə ki, bir zeytun fidanı ildə təxminən 1-5 kq və bir Eldar şamı fidanı isə 1-4 kq karbon udur.Yetkin mərhələdə bu sayda zeytun və şam ağacları ildə 6-8 ton və daha çox karbon udma potensialına malikdirlər.

 

Xatırladaq ki, yeni inkişaf strategiyasına uyğun olaraq, Unibank tərəfindən iqlim dəyişmələrinin mitiqasiyası istiqamətində yaşıl layihə maliyyələşdirilmələri aparılır. Bank tərəfindən artıq müstəqil beynəlxalq qiymətləndirici tərəfindən yaşıl maliyyələşmə meyarlarına uyğun istiqrazların buraxılışı həyata keçirilib. Yaşıl layihələrin maliyyələşdirilməsi məqsədilə buraxılmış bu istiqrazlar, iqlim dəyişmələrinin mitiqasiyası üzrə tədbirləri dəstəkləməklə, dayanıqlı maliyyələşmənin və “yaşıl artım”ın təmin edilməsinə töhfə verilməsini hədəfləyir. 

 

Unibank- Sənin Bankın!


OXŞAR XƏBƏRLƏR

Rusiya-Ukrayna müharibəsində dönüş olacaq?: "Zaman bu ölkənin xeyrinə işləyir"

Ukrayna və Rusiya prezidentlərinin danışıqlara başlanılması ilə bağlı verdiyi açıqlamalar münaqişənin həllində dönüş olacağına dair ümidlər yaradıb. Bəzi mülahi...

Hindistanda 32 hava limanı yeni işlək hala gəldi

Hindistan hakimiyyəti Hindistan-Pakistan sərhədində artan gərginlik fonunda əvvəllər bağlanmış 32 hava limanının fəaliyyətini bərpa etmək qərarına gəlib. &nb...

Müğənni Nigar “Vətən Müharibəsi iştirakçısı” medalını necə alıb? - FOTO

Müğənni Nigar Rəhimova "Vətən Müharibəsi iştirakçısı" medalı ilə təltif edilib.   Sfera.az xəbər verir ki, bu barədə Nigar Rəhimova öz...

ABŞ və Çin 90 günlük razılığa gəldi

ABŞ və Çin 90 gün müddətinə ticarət rüsumlarını qarşılıqlı azaltmaq barədə razılığa gəliblər.   Sfera.az xəbər verir ki, ABŞ Maliyyə Naziri Scott Bes...

Gəncədə yaşayış binasında PARTLAYIŞ: Ölən və xəsarət alan var

Gəncədə yaşayış binasında partlayış olub.   Sfera.az xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.   Belə ki, sözügedən ərazi...

İyunda bu tarixlərdə iş olmayacaq - TƏQVİM

İyun ayının qeyri-iş günləri açıqlanıb.   Sfera.az xəbər verir ki, 6-7 iyun Qurban bayramı, 15 iyun Milli Qurtuluş Günü, 26 iyun isə Azərbaycan Respu...