Bermud üçbucağının dəhşətli sirri nəhayət açıldı -Elmin izahı


Bermud üçbucağının dəhşətli sirri nəhayət açıldı -Elmin izahı

Florida, Puerto Riko və Bermud adaları arasında yerləşən Bermud üçbucağı itirilmiş gəmilər və təyyarələrlə məşhurdur. Fövqəltəbii qüvvələrdən tutmuş yadplanetlilərə qədər bir çox nəzəriyyələr irəli sürülsə də, elm bu sirri daha sadə şəkildə izah edir. İtkinlərin arxasında mürəkkəb bir sirrdən daha çox insan səhvi və təbii hadisələr var.
 

Sfera.az bu barədə maraqlı məlumatı təqdim edir:
 

Bermud üçbucağı təxminən 700.000 kvadrat kilometrlik böyük bir dəniz sahəsini əhatə edir və çox sıx dəniz nəqliyyatına malikdir.
 

Bu səbəbdən bölgədəki yoxa çıxmalar illər ərzində bir çox sui-qəsd nəzəriyyələrinə yol açıb. Bəzilərinin fikrincə, bu üçbucaqda yadplanetlilər və ya insanları təcrübələri üçün qaçıran naməlum fövqəltəbii qüvvələr üstünlük təşkil edirdi.
 

Lakin alimlər deyirlər ki, bu cür iddiaların doğruluğunu sübut edəcək konkret məlumat yoxdur.
 

Avstraliyalı alim Karl Kruszelnicki bildirir ki, Bermud üçbucağında yoxa çıxmaların səbəbi olduqca sadədir: insan səhvi və pis hava şəraiti.

 


 

Kruszelnicki, bölgənin Ekvador və dünyanın ən zəngin ölkələrindən biri olan Amerika ilə yaxınlığı səbəbindən sıx nəqliyyat bölgəsi olduğunu vurğulayır. Onun sözlərinə görə, bu bölgədə sıxlıqla paralel olaraq itkin düşmə nisbətləri də artır.
 

Başqa sözlə, Bermud üçbucağında yoxa çıxanlar dünyanın digər bölgələrindən fərqli heç bir statistik rəqəm ortaya qoymur.
 

1945-ci ildə baş verən “Flight 19”hadisəsi Bermud Üçbucağının ən məşhur yoxa çıxma hekayələrindən biridir. Beş torpedo bombardmançısının bu təlim uçuşu Fort Lauderdale Dəniz Hava Stansiyasından qalxdıqdan sonra Atlantik Okeanında itib.

 


 

İçərisində 14 təcrübəli dəniz aviatorunun olduğu təyyarənin izi bir daha tapılmayıb.


Lakin 1975-ci ildə kitabxanaçı və tarixçi Larri Kuşe 19 saylı uçuşla bağlı bütün rəsmi hesabatları nəzərdən keçirdikdən sonra hadisənin sirrini açıv. Kuşe təyyarələrin yoxa çıxmasının səbəbini tamamilə əlverişsiz hava şəraiti ilə izah edib.

 

Xanım


 


OXŞAR XƏBƏRLƏR

Xankəndi Sammiti: Regional sabitliyə və davamlı inkişafa keçid

İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci sammitinə Azərbaycanın ev sahibliyi etməsi və bu mötəbər tədbirin məhz işğaldan azad edilən Qarabağda - Xankəndidə keçiri...

"ABŞ görüş təklifi etməyib" - Bəqayi

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqayi ABŞ Prezidenti Donald Trampın Tehranın amerikalı müzakirəçilərlə görüş tələb etməsi barədə iddialarını təkz...

DTX məlumat yaydı - "Bu görüntüləriniz oğurlanırmış..."

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən kibertəhdidlərə qarşı mübarizə istiqamətində kompleks tədbirlər davam etdirilir.   Sfera.az xəbər veri...

Milli Məclisin növbədənkənar iclasının vaxtı açıqlandı

Milli Məclisin növbədənkənar sessisiyası üzrə növbəti iclasının vaxtı açıqlanıb.   Sfera.az xəbər verir ki, bu barədə spiker Sahibə Qafarova məlumat...

MİQ-də qiymətləndirmə bu meyarlarla aparılır

“Müəllimlərin İşə Qəbulu (MİQ) üzrə imtahanda namizədlər fənn, pedaqogika və fənnin tədrisi metodikası üzrə suallar əsasında qiymətləndirilirlər”. ...

"Namizədlər arasında gənclər çoxdur"- MÜTDA rəsmisi

“Üç gündür davam edən imtahan prosesi sabah və növbəti gün də keçiriləcək. 70 minə yaxın müraciətin daxil olması müəllimlik peşəsinə marağın artmasından x...