Putin: Xəzərin dayazlaşması hamını narahat edir
Dünya
23:44 / 02.12.2024
3812
Xəzərin dayazlaşması hamını narahat edir.
Sfera.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin bildirib.
Onun sözlərinə görə, Azərbaycan və Qazaxıstan liderləri ilə görüşlərdə bu mövzu müzakirə olunub.
“Biz Xəzər dənizinin Aral dənizinin taleyini təkrarlamasına imkan verə bilmərik. Onun dayazlaşmasının qarşısını almaq üçün bütün tədbirləri görmək lazımdır”, - deyə Rusiya prezidenti qeyd edib.