Tbilisidə yenidən etiraz aksiyaları başlayıb


Tbilisidə yenidən etiraz aksiyaları başlayıb

Gürcüstanın paytaxtı Tbilisidə keçirilən son parlament seçkilərinin əleyhinə etiraz aksiyaları yenidən başlayıb.

 

Sfera.az xəbər verir ki, ötən ayın 28-dən müxaliət tərəfindən başladılan aksiyalar bu gün də davam edir. Aksiyaçılar parlament binası yaxınlığında toplaşmağa başlayıblar.

 

Gürcüstan Daxili İşlər Nazirliyinin əməkdaşları aksiya iştirakçılarını dağıtmaq üçün göz yaşardıcı qazlardan istifadə etməyə başlayıblar.

 

Hazırda etirazçıların Parlament binasından uzaqlaşdığı və yalnız Rustaveli prospektində dayandıqları bildirilir.

 

Batumidə, Avropa Meydanında da etiraz aksiyasının yenidən başladığı bildirilir. Gənclər Gürcüstanın və Avropa İttifaqının bayraqlarını açıblar.

 

Aksiya iştirakçıları öz ölkələrinin Avropa gələcəyi üçün mübarizəni davam etdirəcəklərini bildiriblər.

 

Qorinin mərkəzində də etiraz aksiyası keçirilir. Bu dəqiqələrdə toplaşanlar şəhərin küçələri ilə yürüşə başlayıblar.


OXŞAR XƏBƏRLƏR