ABŞ Ukraynaya 725 milyon dollar dəyərində hərbi yardım paketi göndərəcək


ABŞ Ukraynaya 725 milyon dollar dəyərində hərbi yardım paketi göndərəcək

ABŞ Ukraynaya piyada əleyhinə minalar da daxil olmaqla 725 milyon dollar dəyərində daha bir silah paketi göndərməyə hazırlaşır.
 

Sfera.az xəbər verir ki, bu barədə Associated Press (AP) məlumat yayıb.
 

AP-nin məlumatına görə, hərbi yardım paketinə HIMARS çoxsaylı buraxılış raket sistemləri üçün əks-dron sistemləri və sursatlar daxildir.
 

Agentlik bildirib ki, ABŞ Prezidenti Co Bayden nəhayət Ağ Evdə qaldığı son iki ay ərzində Ukraynaya maksimum dəstək vermək qərarına gəlib.
 

Qeyd edək ki, yayılan məlumatlara görə, noyabrın sonunda Bayden gizli şəkildə Konqresdən Kiyevə hərbi yardım və əvvəllər Ukrayna Silahlı Qüvvələrinə (AFU) təhvil verilmiş silahlar müqabilində Amerika silah ehtiyatlarının artırılması üçün əlavə 24 milyard dollar istəyib.

İnci


OXŞAR XƏBƏRLƏR